Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko bildirib ki, Brovarıda helikopter qəzası ilə bağlı faciə daxili işlər naziri Denis Monastırskinin Ukraynanın döyüş əməliyyatlarının davam etdiyi qaynar nöqtələrdən birinə uçuşu zamanı baş verib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Timoşenko Brovaridə keçirdiyi brifinqdə belə deyib. Sitat: "Uçuşun məqsədi işgüzardır. Qaynar nöqtələrdən birinə idi... Ora da daxili işlər naziri göndərilmişdi”.
Timoşenko daha sonra ətraflı məlumat verəcəyini vəd edib. Lakin vertoltotun hansı səbəbdən qəzaya uğraması sirr olaraq qalır. Hansı ki, qəzada Ukraynanın daxili işlər naziri də həlak olub. 

Sosial mediada bu qəzanı terror adlandırırlar. Hətta bu təxribatda Ukraynanın əvvəlki DİN naziri, erməni Arsen Avakyanın əli olduğunu deyənlər də var...

A.Məmmədli

ukr-ver