"M1 Abrams" tanklarının Ukraynaya təhvil verilməsi ilə bağlı qərar, həmçinin Alman "Leopard 2"nin tədarükü məsələsi bu gün həllini tapacaq...

Tezadlar.az CCN-ə istinadla bildirir ki, bu məsələ bu gün- çərşənbə günü ABŞ prezidenti Co Bayden tərəfindən elan edilə bilər.
Bu barədə həm də "Ukrainskaya pravda" yazır.  Belə ki, ABŞ-dakı mənbələr Əl-Cəzirə telekanalı və AP agentliyinə bu barədı məlumat veriblər. Hər iki KİV-in mənbələri ABŞ-ın Ukraynaya nə qədər tank verməyi planlaşdırdığını dəqiq göstərmir, lakin onların Amerika ehtiyatlarından deyil, müqavilə əsasında - yəni uzunmüddətli müqavilələr əsasında istehsalçılardan alınacağı ilə razılaşdırılacağı bildirilir. Praktikada bu o deməkdir ki, M1 Abrams tezliklə Ukraynada görünməyəcək və Bayden administrasiyasının bu addımı ilk növbədə Almaniyanın Leopard 2 tanklarının tədarükünə razılıq almağa yönəlmiş simvolik jest kimi qiymətləndirilir. KİV-in məlumatına görə, Almaniya kansleri Olaf Şolz artıq “Leopard 2” döyüş tanklarını Ukraynaya köçürmək qərarına gəlib. Bu isə bütün mübahisələrə son qoymağa və müharibədə lazımi irəliləyişlərə nail olmağa hesablanıb.

A.Məmmədli