Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, zəlzələ barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. İlk yeraltı təkanlar saat 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir. Hazırda ölən və yaralıların dəqiq sayı bilinməsə də, Malatyada 23 nəfərin, Şanlıurfada 15, Adanada 12, Osmaniyədə 5 nəfərin öldüyü, çox sayda insanın isə dağıntılar altında qaldığı bildirilir. Qeyd edək ki, gecə 7.4 bal gücündə zəlzələnin ardınca təkrar təkanlar da qeydə alınıb.

Ölən və yaralıların sayı dəqiqləşdirilir. Prezident Ərdoğan beynəlxalq qurumlara kömək üçün çağırış edib...

A.Məmmədli

P.S.Son məlumata görə, Türkiyənin 7 şəhərindəki zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.