Xəbər verildiyi kimi, Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı ittihamlar səsləndirib.

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Prezident İlham Əliyev isə ona sərt cavab verib. Belə ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib. Prezident İlham Əliyev isə Ermənistanın hökumət başçısına çox keçmədən cavab verib. Sitat: “Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. Dəhliz məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. Dəhliz ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. Dəhliz ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözün mənasını Ermənistanın baş naziri Nikol Paşinyanın anladığı kimi qəbul etmirlər”.

Beləliklə, Ermənistan sağxta iddialarının girovluğundadır və ölkənin siyasi və hərbi rəhbərliklərinin iç üzü getdikcə açılır. Nəticə isə o deməkdir ki, bu qondarma ölkə 30 illik işğalçılıq arzularını dəfn edib ya sülhə gəlməli, ya da İrəvanda Azırbaycan əsgərini qarşılamalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN