Britaniyanın humanitar təşkilatı Halo Trust 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb. Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kompaniyalara qarşı çıxdığı halda, son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib. Bunu millət vəkili Zahid Oruc bildirib.
Mİllət vəkili diqqətə çatdırıb ki, xeyirxah əməl sahibi olan, 10 minlərlə erməninin həyatını xilas edən yuxarıda adı çəkilən Britaniya təşkilatını isə Ermənistan "xəyanət"də  - mina xəritələrini Azərbaycana verməkdə suçlayıb.  Əlbəttə, erməniləri xeyirxahlığa bu cür dəyər verməsi heç də təəccüblü deyil...
"Nəticədə Halo Trust 2000 dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4.8 milyon kvadrat metr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100 dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib. Lakin iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri on minlərə ermənin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlandırıb", -deyə o, bildirib.
Ermənistan rəsmilərinin sayıqlamalarına görə, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qazanmış olduğu Qələbə guya həmin "kəşfiyyat sənədləri" hesabına olub.
"Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdılar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər", - millət vəkili vurğulayıb.
Zahid Oruc Ermənistan rəsmilərinin öz məsuliyyətlərindən yaxa qurtarmaq çabalarının təkcə bu quruma  çamur atmaqla bitmədiyini, eyni zamanda bir çox təşkilatları qaraladıqlarını da xatırladıb.  O, həmçinin vurğulayıb ki, mina xəritələri Azərbaycana verilmiş olsaydı hər il onlarla vətəndaşımız ermənilərin mina terrorunun qurbanı olmazdı.
"Yeri gəlmişkən, Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də YUNİSEF-in yerli rəhbəri Marian Hattinqi də ölkəmizlə gizli işbirliyində günahlandırıblar. Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın Təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər, Halo Trust mina xəritələrini ordumuza vermis olsaydı, son 3 ildə 57 nəfər insanımızın həyatı itirlməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi", - deyə bildirib.
Sonda millət vəkili Zahid Oruc Britaniyanın humanitar təşkilatı Halo Trust-ə həm təşəkkür edib, həm də mina xəritələri ilə bağlı çağırış edib:
 
"Ona görə də biz Zəngilandan Ağdərəyədək böyük bir coğrafiyanı öz qurğuları, səbr və dözümləri ilə minalardan xilas edən Britaniya təşkilatına təşəkkür edirik və əgər mina xəritələri onlarda varsa, o ərazilərin əsil sahibləri kimi dövlətimizə təhvil verməyə çağırırıq. Xatırladaq ki, sülhyaradıcı kontingent də rəsmi olaraq 26.000-dən artıq minanı təmizlədiyini elan edir. Üst-üstə hesabladıqda ərazilərimizin gözləniləndən daha tez təhlükəsiz vəziyyətə gələcəyinə inanırıq.
Ona görə də “”bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, Böyük qayıdışa zərbə vurmaq və düşüncələrə mina əkmək yolverilməzdir. Qarabağı özü boyda minaya çevirmək dövrü bitib. Biz yeraltı mina dağından yerüstü Mina dağı ucaltmağı bacaracağıq!”, - qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN