Rusiyanın baş ağrısına çevrilmiş Donetskdə indi də çox başlar müharibəyə qurban gedir...

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və onun hərbi komandanlıqla daim əlaqədə olduğunu deyib. Sitat:  “Donetsk vilayəti – şiddətli döyüşlər gedir. Amma nəticə var və mən bu nəticəni təmin edən hər kəsə minnətdaram! Baxmuta – afərin. Addımbaaddım irəli. Hər bir döyüşçümüzə təşəkkürümü bildirirəm”.

Onu da deyək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi məlumat yayıb ki, Rusiya Silahlı Qüvvələri Ukraynada son sutka ərzində 1010 hərbçi itirib: "Müharibə başlayandan isə Rusiya ordusunun 213 770 hərbçisi məhv edilib...".

Müharibə isə davam edir. Neçə gün əvvəl Türkiyə Prezidenti Putin və Zelenski ilə telefon əlaqəsi saxlayaraq tərəfləri mümkün qədər tez atəşkəs elan etməyə, müharibəni dayandırmağa səsləyib...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN