booked.netbooked.net booked.net  

Ankaranın Elmadağ rayonunda Maşınqayırma və Kimya Sənayesi (MKE) Raket və Partlayıcı Maddələr Zavodunda partlayış baş verib.

Ankaradakı raket zavodunda baş verən partlayışın ilkin səbəbi gözlənilməz kimyəvi reaksiya olub, nəticədə 5 işçi həlak olub.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada partlayışla bağlı aşağıdakılar qeyd olunub:

"Ankaranın Elmadağ rayonunda yerləşən  Raket və Partlayıcı Maddələr Zavodunda partlayış baş verib. Partlayış nəticəsində 5 işçimiz şəhid olub. Hadisə ilə bağlı məhkəmə və inzibati istintaq başlayıb".

Qeyd edək ki, partlayış nəticəsində çökmə də baş verib, xoşbəxtlikdən dağıntılar altında qalan işçilər xilas edilib.

Xatırladaq ki, zavoddakı partlayış bu gün səhər saatlarında baş verib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN