"Təzadlar" qəzetinin baş redaktoru, Türk Dünyası Yazarlar Birliyinin və Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin anadoluyakasihaber.com saytının köşə yazarı, TezadlarTV- nin təsisçisi Asif Mərzili bu gün Azərbaycanın Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova  sosial mediada müraciət yazıb. Müraciətdə diqqəti çəkən məqamlar olduğundan təqdim edirik: "...Kürdəmir-İmişli yolunun təxminən 10- cu km-də heç bir yaşayış ərazisi, iaşə obyekti, restoran və s. olmayan düzəngah, necə deyərlər, ilanmələyən ərazi hissəsində yola 60 km/ saat sürət həddini bildirən bir yol nişanı qoyulub... Beyləqanın Kəbirli kəndində yaşayan 44 günlük müharibənin kəşfiyyatçı-qazisi ilə görüşə gedirəm... Qarşıdan gələn avtomobillərin sürücüləri mənə də işarə etdi ki, yolda "QAİ" var... Olsun! Mən yola nəzər yetirdim. Axı 60 km/saat sürət hədli nişan bu düzıngaha niyə qoyulmuşdur, nişanə və səbəb tapmadım. Qarşıda isə həmin "QAİ" maşını yavaşca gedir. Təxminın 350-400 metr məsafə ilə yayın bu qızmarında (onlar kondisionerli avtomobillərdədir) bu inspektorların arxasınca sürünürəm və gözləyirəm ki, görüm bu sürət həddinin məhdudiyyəti harada bitir. Amma bitmək bilmir... Yenə də təxminən 1 km məsafə qət edib ( inspektorların arxasınca) gördüm ki, yolda elə bir məhdudiyyətin bitdiyini bildirən nişan yoxdur, qanuni ötmə nişanını işə salıb cərimə yazmaq üçün "ov" axtaran inspektorların avtomobilini ötüb getdim. Təsəvvür edin, İmişliyədək bu sürət həddinin harada bitdiyini bildirən bir yol nişanı yoxdur. Güman edirəm ki, bu yola nabələd (kimin ağlına gələr ki, düzün ortasında 60 km/saat sürət məhdudiyyəti qoyula bilər) sürücülərə qurulmuş yeni bir tələdir. Və mənə 1 saat sonra bu mesaj gəldi: "90DL707 nomreli avtomobil 50 azn 2 bal cerime edilmisdir. Endirim: 5 AZN. Tarix: 10.06.2023 12:34,Madde: 328.2.. odeme linki: https://api.az/EQ15004597".
Məcburam ki, sabah iş- gücümü atıb qayıdıb həmin yolun videoçəkilişini edib DİN- nin BDYPİ- nin rəisi, cənab general Ramiz Zeynalova göndərəm və xahiş edəm ki: bu tələdə məqsəd nədir? Mən işimi- gücümü atıb öz vəsaitim və istirahət vaxtım hesabına müharibə qazisinin ermənilərə necə tələ qurub qan uddurduğunu yazmağa, Paşinyana kəşfiyyatçımızın qəhrəmanlığını göstərməyə gedim, bizim DYP inspektorları isə mən jurnalistə tələ qurub 50 manat cərimə yazsın??? Bunun adı nədir???".
Əlavə şərhə ehtiyac görmürük.
ELÇİN MƏMMƏDLİ
208a1b92-b5f6-4912-9cf0-89dbd92b7bfd
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN