"Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır".

Tezadlar.az CNN- türk-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil: "Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq".
 Ərdoğan onu da söyləyib ki, Naxçıvana səfəri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "bir millət, iki dövlət" ruhunun bütün dünyaya bəyanıdır: "Necə ki, biz bunu Birləşmiş Millətlər Təşkilatının tribunasından dedik. Necə ki, biz bunu Azərbaycanın doğma torpağı olan Şuşada danışdıq, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik. Biz iki dövlətik, amma taleyimiz və idealımız bir millətik. Enerjidən müdafiə sənayesinə, ticarət xəttlərindən regional əməkdaşlığa qədər hər sahədə atılacaq addımlar mərhələli şəkildə həyata keçiriləcək. Birgə qalib gəlmək prinsipi ilə atılan bu addımlarla iki ölkənin potensialı çox yüksək səviyyələrə çatacaq. TANAP-ın imkanlarının genişləndirilməsi və Xəzər dənizindən daha çox təbii qazın Türkiyə və Avropaya axmasına şərait yaradılması bu addımlardan biridir. Bu, hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək", - deyə Ərdoğan vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN