Xəbər verildiyi kimi, sentyabrın 29-da “Laçın” dövlət sərhədindən Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri”

vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb. Tezadlar.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb. Saxlanılan qondarma nazir Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib. Hazırda o Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində dindirilməkdədir. Ona qarşı da 4 aylıq həbs qətimkan tədbiri seçilib. İndi onun özgə torpağında at oynatmağın sonda nə ilə nəticələnməsini düşünməyə ən azı 14 il vaxtı olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN