Separatçı Qarabağın keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanla bağlı vəziyyət aydın deyil.
Oktyabrın 1-də onların Ermənistana getməsi barədə Paşinyançı KİV-in xəbərlərinin əksinə olaraq, bu ölkənin digər mediası həmin məlumatı təkzib edir. Onların məlumatına görə, separatçıların liderlərinin gələcək taleyi məsələsi guya bu gün Xankəndidə Bakının və Qarabağ erməniləri nümayəndələrinin görüşündə həll olunacaq. Azərbaycan tərəfi bu məlumatarı şərh etmir. Lakin ötən gün baş prokuror Kamran Əliyev bildirib ki, Arutyunyan 2020-ci ildə Gəncəyə raket zərbələrinin endirilməsi işi üzrə (mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olub) axtarışa verilib. Deməli, onun Qarabağdan çıxışı mümkün görünmür və o, Qarabağda gizlənib... Şübhə yoxdur ki, tazliklə saxlanılacaq. Cəzası nə olacaq, artıq o da bəllidir...
A.Məmmədli