Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Tezadlar.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Sitat: "AAYDA sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir".

Yolumuz həmişə təmiz və işıqlı olsun!