“SOCAR PETROLEUM” məsuliyyəti Azərbaycan Standartlaşdırma İnstitutunun, institut isə Metrologiya İnstitutunun  üzərinə qoyur...

...Dəfələrlədir bu məzmunda şikayətlərə rast gəlirik. Lakin nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları (adı o qədər uzundur, amma fəaliyyəti sıfır) monitorinq aparıb tədbir görür, nə də “Socar Petroleum” QSC-nın rəhbəri Abdulla Tağıyev (o həm də SOCAR Prezidentinin müşaviri vəzifəsini daşıyır) bu hallara qarşı barışmaz mübarizə aparır. Biz hələlik yanacağın keyfiyyəti barədə heç nə demirik. Bəs nə vaxta kimi bu belə davam edəcək?

Bu cür cavabsız suallardan, daha doğrusu, hadisələrdən biri Sumqayıt şəhər sakini, Laçından məcburi köçkün, ali təhçilli mütəxəssis Nazim Orucovun başına gəlib. Şikayətçinin “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi şikayətini aşağıda təqdim edirik. Lakin bu şikayəti dərc etməmişdən əvvəl “Socar Petroleum” QSC-nın rəhbəri Abdulla Tağıyevin münasibətini öyrənmək üçün QSC-nin rəsmi elektron poçtuna göndərdik. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavab gec verildiyindən sonradan həmin cavablar ictimailəşdirildi.

Beləliklə, şikayətçi N.Orucovla da əlaqə saxladıq. O, qəzetimizə geniş açıqlama verərək şikayət ərizəsində yazdıqlarını bir daha təsdiqlədi və bizə şikayətini əsaslandıran rəsmi çek və yanacağın həcmini bildirən qəbzləri göndərdi.

Şikayətçi rəsmi ərizəsində yazır: “Hörmətli “Təzadlar” qəzetinin rəhbərliyi. Bildirirəm ki, 28.02.2024-cü il tarixdə, saat 21:55-də AZ5000, Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev-28-ci km, sağ tərəf ünvanında yerləşən “Socar Petroleum” QSC-nın yancaqdoldurma stansiyasındakı 1 saylı pompanın 4 №-li tapaçasından idarə etdiyim 90 ZM 625 dövlət nömrə nişanlı “Mersedes 270 ML CDİ” avtomobilinin yanacaq çənini tam doldurmaq üçün sifariş verdim. Qeyd edim ki, 2002-2006-ci illərdə istehsal olunmuş bu avtomaşınların yancaq çənin tutumu zavod sənədlərində 65-70 litr təşkil edir. Yəni, zavod buraxılışında belədir, çən dəyişdirilməyib (Benzin vurularkən avtomobilin spidometrində 594 km yol qət etdiyim qeyd olunmuşdur). Təxmini hesablamalarıma görə, çəndə ən azı 8-10 litr yanacaq qalmalı idi, avtomobilin yancaq çəninə isə 60-62 litr yancaq vurula bilərdi. Ancaq pompanın sayğacında bu rəqəmin 83.75 litr olduğu qeyd edildi. Mən təəccüm qaldım və bu hadisə ilə bağlı “Socar- Petroleum” QSC-nın qaynar xəttinə zəng etdim, şikayətimi bildirdim. Aradan 1 saat keçməmiş həmin yancaq doldurma stansiyasının rəisi kimi özünü təqdim edən şəxs (adını unutmuşam) zəng edərək yancaqdoldurma stansiyasında yerləşən bütün pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitunun mütəxəsissləri tərəfindən yoxlanıldığını, pompaların dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanıldığını, plomblandığını dedi. Sonda isə “Ona görə də bizim heç bir günahımız yoxdur...”, -deyə bildirdi.

Hörmətli redaksiya! Mən ona sual verəndə ki, bəs necə olur 65-70 litr həcmə malik yanacaq çəninə, özü də hələ bir içərisində ən azı, orta hesabla 8-10 litr yancaq olduğu halda, 83,75 litr yancaq vurulur??? Sualım cavabsız qaldı. Odur ki, yuxarıda qeyd edilən məsələnin tərəfinizdən araşdırılmasını və bu məlumatların ictimailəşdirilməsini Sizdən xahiş edirəm. Sizə inanır və güvənirəm, obyektivliyinizdən, prinsipiallığınızdan  məlumatlıyam.

Onu da deyim ki, mən artıq məhkəməyə sənədlər hazırlayıram və vəkillə müqavilə də bağlamışam, “Socar Petroleum” QSC-nın rəhbəri Abdulla Tağıyevi məhkəməyə verməyə hazırlaşıram. Qoy məhkəmə avtomobilimin çəninin ekspertizadan keçirilməsini təmin edərək yanacaqdoldurma məntəqəsində mənə verilən qəbzlə onun tutumunu müqayisə edərək vurulmuş maddi və mənəvi ziyanı ödətdirsin...”.

Məsələ ilə bağlı “Socar Petroleum” QSC-nın saytında olan həm elektron poçtuna sorğu göndərdik, həm də 0125700901 telefon nömrəsinə zəng vurduq. Sonradan qurumun Səid adlı hüquqşünası bizimlə əlaqə saxladı və mməsələyə münasibət bildirdi...

“SOCAR PETROLEUM” QSC “Təzadlar”ın yazısına cavab verdi

Bir müddət sonra qeyd edilən şikayəti özündə əks etdirən yazıya qurumdan cavab gəldi. Redaksiya “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq həmin cavabı saytda yayımladı: “”SOCAR PETROLEUM” QSC yayımlanmış şikayətlə bağlı bunları bildirir: Şikayət edən vətəndaş Nazim Orucova cavab olaraq bildiririk ki, həmin sürücünün müraciətinə qısa zamanda geri dönüş edilmiş, məsələ ilə bağlı izah verilmiş və müvafiq dövlət orqanının iştirakı ilə məsələnin yerində aydınlaşdırılması üçün israrla dəvət edilmişdir. Lakin vətəndaş yalnız birinci gün gələcəyini qeyd etmişdir. Bir daha qeyd edirik ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yancaqdoldurma stansiyalarında yerləşən pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun mütəxəsisslərin iştirakı ilə dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanılır, yoxlamadan keçən avadanlıqlar (pompalar) müvafiq blomp və qalaqramlarla təmin edilir. Bu səbəbdən pompalara tərəfimizdən hər hansı müdaxilə edilməsi iddiası tamamilə əsassızdır. Bununla bağlı, məsələ adı çəkilən dövlət qurumunun öhdəliyi sayıldığı və birbaşa nəzarəti həyata keçirildiyi üçün məsuliyyət daşıyır. “SOCAR PETROLEUM” QSC olaraq şirkət adına belə iddiaların hallandırılmasına təəssüf edir, vətəndaşı qarşılaşdığı mənfi halla bağlı iddiasının araşdırılmasının tərəfdarıyıq. İstənilən zaman yanacaqdoldurma stansiyasında məsələnin izahı və sübutu üçün hazırıq. Təşəkkür edirik!”.

Standartlaşdırma İnstitutu isə məsuliyyəti Metrologiya İnstitutunun boynuna atdı...

Şikayətçi N.Orucov yuxarıdakı cavabı alandan sonra “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nə rəsmi sorğu göndərib. Aldığı cavabı redaksiyaya da təqdim edib. İnstitutun rəsmi cavabında deyilir: “Hörmətli Nazim Orucov,

Sizin “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (bundan sonra - İnstitut) elektron poçt ünvanına ünvanladığınız (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) Bakı Quba yolu 28-ci km ünvanında yerləşən “Socar Petrolium” QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində yaranmış xidmət pozuntuları barədə 01.03.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, yanacaqdoldurma stansiyalarında cihazların kalibrlənməsi, möhürlənməsi və menzurkalarda yoxlanılması xidməti “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-yə məxsusdur. Qeyd olunan müraciət İnstitutumuzun fəaliyyət dairəsinə daxil deyildir”.

“SOCAR PETROLEUM” məsuliyyəti Azərbaycan Standartlaşdırma İnstitutunun üzərinə qoysa da...

“Socar Petroleum” QCS rəsmiləri cavab məktublarında məsuliyyəti Azərbaycan Standartlaşdırma İnstitutunun üzərinə atmaq istəmişdir. Bu barədə qurumun mətbuat xidmətinin rəisi Afaq Rzanın “Təzadlar”a verilən rəsmi cavabında da belə deyilir. Sitat: “”Socar Petroleum” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olaraq, “Media haqqında” qanunun tələblərinə uyğun davranaraq, qarşı tərəf kimi cavabımızı yayımladığınız üçün təşəkkür edirik. Qeyd edim ki, şikayətçi tərəfi dəvət etməkdə əsas məqsəd prosesə birbaşa özünün şahid olmasıdır. Bəzən sürücülər tərəfindən bu cür müraciətlər alırıq və hər birinə prosesi izah edərək, birgə yoxlamaya dəvət edirik. Bir daha vurğulayıram, ölçmə və digər yanacaq avadanlıqlarının yoxlanılması, nəzarəti və yaranan hər hansı problemin məsuliyyəti Azərbaycan Respublikası Standartlaşdırma İnstitutuna aiddir. Sadəcə olaraq, vətəndaşı səbrli olmağa və dəvəti qəbul etməyə çağırırırq. Biz işimizin və “SOCAR PETROLEUM” adının məsuliyyətini dərk edir, yaranan problemlərdən ciddi narahat oluruq. Əgər həqiqətən də ortada problem varsa, həllinin və dəyən ziyanın qarşılanmasının tərəfdarıyıq. Lakin bizə ünvanlanan iddialar əsassız olduqda, hüquqi prosedurlar çərçivəsində haqqımızı müdafiə etməyə hazırıq. Əlavə olaraq, media qurumu kimi QSC ilə bağlı hər hansı sualınız və müraciətiniz olduqda, “This email address is being protected from spambots. You need JavaScript enabled to view it.”a ünvanlamağınızı xahiş edirəm. Bir daha təşəkkür edirəm!”.

“Socar Petroleum” rəsmiləri şikayətçiyə də cavabında məsələyə aydınlıq gətirməyə çalışıb...qurumdan şikayətçi N.Orucova verilən cavabı təqdim edirik: “Şikayət edən vətəndaş Nazim Orucova cavab olaraq bildiririk ki, həmin sürücünün müraciətinə qısa zamanda geri dönüş edilmiş, məsələ ilə bağlı izah verilmiş və müvafiq dövlət orqanının iştirakı ilə məsələnin yerində aydınlaşdırılması üçün israrla dəvət edilmişdir. Lakin vətəndaş yalnız birinci gün gələcəyini qeyd etmişdir. Bir daha qeyd edirik ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus bütün yancaqdoldurma stansiyalarında yerləşən pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun mütəxəsisslərin iştirakı ilə dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanılır, yoxlamadan keçən avadanlıqlar (pompalar) müvafiq blomp və qalaqramlarla təmin edilir. Bu səbəbdən pompalara tərəfimizdən hər hansı müdaxilə edilməsi iddiası tamamilə əsassızdır. Bununla bağlı, məsələ adı çəkilən dövlət qurumunun öhdəliyi sayıldığı və birbaşa nəzarəti həyata keçirildiyi üçün məsuliyyət daşıyır. “SOCAR PETROLEUM” QSC olaraq şirkət adına belə iddiaların hallandırılmasına təəssüf edir, vətəndaşı qarşılaşdığı mənfi halla bağlı iddiasının araşdırılmasının tərəfdarıyıq. İstənilən zaman yanacaqdoldurma stansiyasında məsələnin izahı və sübutu üçün hazırıq”.

Şikayətçi “SOCAR Petroleum”un Sumqayıtdakı qalmaqallı yanacaqdoldurma məntəqəsində oldu, amma...

Şikayətçi N.Orucov deyilənlərə rəcmən jurnalistlərlə birlikdə “SOCAR Petroleum”un Sumqayıtdakı qalmaqallı yanacaqdoldurma məntəqəsində olub və burada ona bildirilib ki, martın 3-də (bir gün əvvəl) “Azərbaycan Metrologiya İnstitutu”nun mütəxəssisləri yanacaqdoldurma məntəqəsində olublar: “...Mənə dedilər ki, ötən gün institutun əməkdaşları burada oldular, pompaların ölçüsünü apardılar və normadan fərqli hallar qeydə alınıb... Mən onlara bildirdim ki, axı burada mübahisə predmeti 65 litr tutumlu yanacaq çəninə 84 litr yanacağın vurulması mümkünlüyündən gedir. Onlar bir daha dedilər ki, bizə belə tapşırıq verilib... mən də xatırlatdım ki, mən hüquqlarımın məhkəmədə qorunmasında israrlı olacağam...”.

“SOCAR Petroleum”un Səid adlı rəsmisi mənə dedi ki, “Əlin hara qəlbidir, ora qoy və...”

Şikayətçi N.Orucov Sumqayıt səfəri barədə daha bir maraqlı açıqlama verdi: “...Qarşı tərəf məni günahlandırır ki, guya mən onların dəvətini qəbul etmirəm. Amma belə deyil. Mən onlara bildirmişdim ki, özüm ağır xəstəyəm, həkim nəzarətindəyəm, həftənin birinci günü gələ bilərəm... Martın 4-də, saat 11 radələrində əvvəlcədən xəbərdar etdiyim kimi, jurnalistlərlə birlikdə Sumqayıtdakı məlum yanacaqdoldurma məntəqəsində oldum. Qarşı tərəfdən heç kim gəlməmişdi. Mən sonra “SOCAR Petroleum”un hüquqşünası, hansı ki, məni araşdırmada iştirak etməkdən imtinada günahlandırırdı, ona zəng etdim. O isə mənə əvvəlcə dedi ki, jurnalistləri ora niyə çağırırsan??? İzah etdim ki, pozulmuş hüquqlarımın gerçək olub-olmamasını qeydə alsınlar, mən səhv etmişəmsə, üzr istəyim, yox, elə deyilsə, məsələ aydınlaşdırılsın... Səid müəllim mənə dedi ki, artıq “Azərbaycan Metrologiya İnstitutu”nun mütəxəssisləri bir gün əvvəl orda olublar və araşdırma aparıblar, onlar bizə rəsmi rəy verəcək, vəssalam! Dedim, mənim iştirakım olmadan hansı araşdırma aparılıb? Deməli, noqsanları aradan qaldırandan sonra mənə cavab verəcəksiniz? Mən onda məhkəməyə müraciət edəcəyəm... Bu zaman o mənə dedi ki, “Əlin hara qəlbidir, ora qoy...”. Dedim, əlim o qəlbi yerə çatmasa da, səsim, inşəllah, çatar... Ölkəmizdə hamımızın bir ünvanı və ümid yeri, arxası var, o da ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir...”.

“Təzadlar” Beynəlxalq Avtomobil Cəmiyyətindən sorğuya cavab aldı: şikayətçinin avtomobilinin bak tutumu 65 litrdir!

Beləliklə, bütün çətin mübahisələrin həm də bir sadə çıxış yolu olur... Bu məsələdə də mübahisənin adi və sadə bir həlli yolu var: avtomobilin yanacaq çəninin ölçülməsi! Bunun isə iki yolu var: həmin çən avtomobildən çıxarılır və kənarda ona yanacaq vurulur, bununla da onun tutumu müəyyənləşir. “SOCAR Petroleum”un rəsmiləri bunun fərqli izahını versələr də, şikayətçi və elə “Təzadlar”ın Araşdırma Qrupu da buna inanmaq istəmir. Niyə? Çünki təklif olunan üsullar və ölçü formalarının mətləbə dəxli yoxdur. Problem isə sadədir: vətəndaşın avtomobilinin yanacaq çəninin tutumu 65 litrdir və həmin 65 litrlik çənə 84 litr yanacaq “vurulub” və bu həcmə görə də ondan pul alınıb.

Biz demirik ki, “SOCAR Petroleum”un bütün yanacaqdoldurma məntəqələrində vəziyyət velədir. Amma biz həm də deyirik ki, ölkədə təxminən 1,48 milyon avtomobil var. Hər kəs yanacaq çənini tam doldurmur ki, nədə aldadıldığını bilsin. Amma belə hal varsa, aradan qaldırılmalıdır. Ya vəlvələdən, ya zəlzələdən, texniki problem aradan qaldırılmalıdır!

***

“Təzadlar” məsələyə aydınlıq gətirilməsi üçün   İsveçrənin Beynəlxalq Avtomobil Cəmiyyətinə məxsus portalına rəsmi sorğu göndərdi. Bizə müvafiq texniki göstəricilər toplusunu göndərdilər. Fotoşəkillərdən də məlum olur ki, vətəndaş Nazim Orucova məxsus olan və 2002-ci il buraxılışlı, Ban nömrəsi “wdc1631131x776706” “Mersedes benz-270” markalı avtomobilin yanacaq çəninin tutumu 65 litrdir!!!

Bu da son: sual isə belədir: 65 litr tutumlu çənə 84 litr yanacaq necə vurula bilər???

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu