Əgər iddiaçı Rəşad Mədətov növbəti məhkəmə iclasında rəsmən deyirsə ki, mən Tofiq Əliyevə rüşvət verməmişəm, onda Astara RİH-in Şiyəkəran kəndi üzrə sabiq icra nümayəndəsi  günahsız yerə niyə rüşvət maddasi ilə 8,6 il iş alıb həbsdə yatmalıdır və  məhkəməni aldatdığı üçün niyə R. Mədətovun barəsində ciddi tədbir görülmür?  

 Redaksiyamıza bütün bölgələrdən müxtəlif məzmunlu şikayətlətlər daxil olur. Bir çox məmurlardan fərqli olaraq bizlər, gələn hər bir şikayətə çox həssaslıqla yanaşırıq. Çünki hər bir şikayətin arxasında bir və ya bir neçə insan taleyi dayanır. Biz də güçümüz çatan qədər kömək etməyə çalışırıq.

Belə şikayətlərdən biri də, 8,6 il iş almış və 17 saylı cəzaçəkmə müəssəsində düstaq həyatı yaşayan, Astara RİH-in Şiyəkaran kəndi üzrə sabiq icra nümayəndəsi Tofiq Həsən oğlu Əliyev tərəfindən, bu günlərdə redaksiyamıza daxil olub. T.Əliyevin şikayəti ilə tanış olandan sonra məhkəmə sisteminin necə bərbad gündə olmasının bir daha şahidi oluruq. Ona görə də yeni təyin olunmuş Ədliyyə naziri, hörmətli Fərid Əhmədovdan gözləntilərimiz çoxdur. İnanırıq ki, Londonda hüquq üzrə magistr təhsilini başa vurmuş, Oksford universitetində elmi iş müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almış nazir F.Əhmədov Məhkəmə sistemində köklü islahatlara başlayacaq. Bununla da, şəxsi maraqlarını dövlət marağından üstün tutaraq günahsız insanların həbsinə səbəb olan və Azərbaycanın adına, nüfuzuna Avropa Məhkəməsində zərbə vuran hakimlər ciddi şəkildə cəzalanacaqlar. Nazir kimi bu şətin və şərəfli yolda, hörmətli Fərid Əhmədova uğurlar arzulayırıq…

***

Indi də həbsxanadan daxil olan müraciətin detallarına nəzər salaq. Deməli, adı qeyd olunan Şiyəkəran kəndinin bir neçə nəfər sakini, öz pay torpaqlarını İş adamı, Astara rayon Şahağaçı kənd sakini Rəşad Ramiz oğlu Mədətova satmaq qərarına gəlirlər və satırlar da. Amma Şiyəkəran icra nümayəndəsi Tofiq Əliyev, əhalinin zəif maddi durumundan istifadə edərək R.Mədətovun onun ərazisində belə pay torpaqlarına yiyələnməsinə qarşı çıxır. R.Mədətov planlaşdırdığı özbaşınalıq əməllərinə mane olmaması üçün icra nümayəndəsi T.Əliyevi aradan götürmək istəyir və onun işdən azad olunmasına nail olur. Bundan sonra kəndlilərdən aldığı pay torpaqlarında 8 il sərasər iş görür və 5 qoyub, 15 götürərək, 100 minlərlə manat pul qazanır. 8 ildən sonra guya R.Mədətova aydın olur ki, aldığı torpaqların sənədləri qaydasında deyil. Bəs bu məsələdə kimi günahlandırsın? Təbii ki, həmişə dövlətə sədaqəti ilə seçilən və həmin dövrdə artıq heç bir vəzifə daşımayan Tofiq Əliyevi günah keçisi kimi cəzalandırmaq istəyir.  

Ona görə də Rəşad Mədətov 6 hektar torpaq üçün 20 min ABŞ doları, 29 hektar torpaq üçün isə14 min manat rüşvət verdiyini  iddia edərək, Astara rayon icra başçısının Şiyəkaran kəndi üzrə ərazi nümayəndəsi Əliyev Tofiq Həsən oğlunun cəzalandırılmasını istəyir və məqsədinə də nail olur.   

Bu məqsədlə hadisənin üstündən 8 il keçəndən sonra qərarə gəlir ki, kəndlilərdən aldığı pay torpaqları guya Tofiq Əliyevdən rüşvət verməklə aldığını bildirərək, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edir. Bu qurumda isə bircə nəfər soruşmayıb ki, ay Rəşad Mədətov, niyə hadisədən 8 il keçəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edirsən? Məqsədin nədir?  Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində isə heç bir araşdırma aparmadan, şahid, sübut olmadan işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərirlər. Burada da məhkəmə araşdırılması aparılmır ki, 8 il əvvəl rüşvət vermə faktı olub, ya yox? Heç bir üzləşmə aparılmadan, şahid, olmadan, dəlil-sübut toplanılmadan, heç bir vəzifə daşımayan T.Əliyevə 8 ildən sonra 8,6 il iş verilir. Hətta torpaq sahibləri məhkəmədə yaxalarını cırsa da ki, onlar T.Əliyevə yox,  öz torpaqlarını Rəşad Mədətova satıblar, amma məhkəmə hüquqi nihilizmi ortaya qoymaq və öz şəxsi marağı üçün Rəşad Mədətovun şər-böhtanına dəstək verərək, günahsız bir insanı 8,6 il azadlıqdan məhrum edib. Hakimlərin qərəzli olduğu göz önündə deyilmi?

Maraqlıdır ki, R.Mədətovun şikayəti əsasında, kəndlilərdən aldığı torpağa cavabdeh qurum olan, o vaxtkı Torpaq Komitəsinin Astara rayonu üzrə sədri Eldar Quliyev də T.Əliyevlə bir yerdə həbs olunur. Amma T.Əliyevdən fərqli olaraq, E. Quliyevin həmin sənədlərdə imzası, möhürü olub. Bununla belə, sonradan E.Quliyev bəraət alaraq həbsdən azad olunur. Həmin torpaqların sənədlərində heç bir imzası, möhürü olmayan və 9 ay şahid kimi məhkəməyə gedib-gələn T.Əliyevə qarşı münasibət qəflətən dəyişir və o,  8,6 il iş alır. Nəticədə T.Əliyev 3 ildən çoxdur ki, günahsız yerə həbsxana həyatı yaşamaqdadır. Bu haqsızlığı göydə Allah gütürməsə də, yerdə Rəşad Mədətov və onun marağına xidmət edən hakimlər götürür.

Ali Baş Komandan, Prezident İlham Əliyev 7 fevral prezident seçkisindən sonra Ədliyyə naziri Fikrət Məmmədovu öz postuna təsdiq etmədi. Bu, onu göstərir ki, Prezident Cənab İlham Əliyev Məhkəmə sistemində köklü islahatlar həyata keçirəcək. Bu islahatlar sayəsində  Tofiq Əliyev kimi günahsız cəza çəkən insanlarla, dövlətin adından qanunsuz qərarlar çıxararaq, dövlətin nüfuzuna zərbə vuran hakimlərin yeri mütləq dəyişəcək.... Şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutan belə hakimlər, dövlətin adını ölkə daxilindən tutmuş, Avropa Məhkəməsinə qədər biabır ediblər...

Beləliklə, Rəşad Mədətov onun qanunsuzluqlarına mane ola bilən T.Əliyevi Məhkəməni ələ almaqla həbsxanaya göndərdi. R,Mədətovun “iştah diş altındadır” prinsipinə necə sadiq olduğunu göstərməzdən əvvəl, istəyirəm bir az keçmişə qayıdaq. İndi görək iştahına bu qədər torpağın və insanın qurban getdiyi Rəşad Mədətov kimdir?

 a8190178-edf3-4053-99b8-5352462838e5

Məlumat üçün qeyd edək ki, Rəşad Mədətovun atası Ramiz Mədətov  Əli Kərimlini rəhbəri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi rayonda həmişə dövlət əleyhinə iş aparıb. Maraqlıdır ki, T.Əliyev 1993-cü ildən bəri fəaliyyətində həmişə  dövlətin adını qoruyub, hər yerdə dövlətçilik marağından çıxış edib, seçkilərdə həmişə prezidentin və dövlətin xeyirinə yorulmadan iş aparıb. Amma bütün bunlara baxmayaraq, Tofiq Əliyevi “ilişdirən”,  xaricdən maliyyələşdirilən və Ali Baş komandan, Prezident cənab İlham Əliyevin Qarabağdakı tam və qəti qələbəsini  qəbul edə bilməyən Əli Kərimli kimi bir adamın partiyasından olan Ramiz Mədətovun oğlu Rəşad Mədətovdur. Bu isə, əsl təzaddır...  Görünür, R.Mədətov Roma Papasından da artıq katolik olub. Yəni R.Mədətovun atası Xalq Cəbhəsi Partisanın sıralarında Əli Kərimliyə qoşulub, dövlətin əleyhinə fəaliyyət göstərən zamanda, YAP-ın üzvü kimi, bütün gücü ilə dövlətə xidmət edən T.Əliyevdən bu dövləti çox “sevirmiş”. Ona görə də R.Mədətov T.Əliyevi şərləyib 8,6 illiyə“içəri” salıb ki, onun “dövlət sevgisinə” şərik olmasın...

Elə bilirsiniz R.Mədətovun ürəyi bununla soyudu? Əlbətə, yox! R.Mədətov bir gün yatıb yuxuda nə görübsə, ayılan kimi üz tutub Astara Rayon Məhkəməsinə. Bilirsiniz niyə? Bu adam yuxuda görüb ki, Tofiq Əliyev ona 396 min 500 manatpul borcludur. Bəs Astara Rayon Məhkəməsi bu yuxuya inanıbmı? Bəli, inanıb. Ona görə də heç bir dəlil, sübut, şahid olmadan (yuxuda gördüklərinə kimi şahid gətirmək olar?-E.M)  Astara royon Məhkəməsi 4 noyabr 2022 ci ildə iddianı təmin edir. R.Mədətov “Yıxılana balta çalmazlar” kimi, insanı mərdliyə səsləyən atalar sözünü unudaraq, həbsə saldırdığından, özünü tam müdafiə etmək hüququ olmayan T.Əliyevdən görünür əl çəkmək istəmir. Bunula belə, T.Əliyev həbsxanada olsa da, vəkillə müqavilə bağlayır və  Astara Rayon Məhkəməsinin bu qanunsuz qərarından Şirvan Apellyasiya Məhkəməsinə müraciət edir. Şirvan Apellyasiya Məhkəməsininin qərarına istinad etməzdən öncə, bir vacib, detalı da qeyd etməklə, Astara Rayon Məhkəməsinin T.Əliyev barədə necə bir qanunsuzluğa, daha doğrusu biabırçılığa imza atmasını tam çılpaqlığı ilə göstərmək istəyirəm.

Bakı Ağır Cinayətlər Məhkəməsinə  müraciətində, Rəşad Mədətov 6 hektar torpaq üçün 20 min ABŞ doları, 29 hektar torpaq üçün isə14 min manat rüşvət verdiyini  iddia etmişdi. Bu rüşvət iddiası  əsasında da T.Əliyevə 8,6 il iş verilib. Yuxuda gördüyü 396 min 500 manata görə qaldırdığı iddia ərizəsində isə, R.Mədətov deyir ki, o T. Əliyevə rüşvət verməyib, amma guya ona vurulan ziyana görəT.Əliyevdən 396 min 500 manat tələb edir. Yaxşı, bəs onda T.Əliyevə rüşvətə görə Bakı Ağır Cinayətlər Məhkəməsində niyə 8,6 il iş verilib? Əgər iddiaçı Rəşad Mədətov növbəti məhkəmədə deyirsə ki, mən Tofiq Əliyevə rüşvət verməmişəm, onda Astara RİH-in Şiyəkəran kəndi üzrə sabiq icra nümayəndəsi  günahsız yerə niyə rüşvət maddasi ilə 8,6 il iş alıb, həbsdə yatmalıdır və  məhkəməni aldatdığı üçün niyə R. Mədətov haqqında ciddi tədbir görülmür?  Niyə qondarma ittihamla “içəridə” yatan T.Əliyev haqqında məhkəmə qərarı dəyişdirilib, günahsız yerə həbsə atılan insan azadlığa buraxılmır? Niyə Rəşad Mədətovun 10 ildən sonra yadına düşür ki, T, Əliyev ona 396 min 500 manat ziyan vurub? Astara Rayon Məhkəməsinin hakimləri R.Mədətovdan cəsarət edib  soruşmayıblar ki, əgər sən həmin torpaqlardan 396 min 500 manat ziyan  görmüsənsə, niyə işlərini vaxtında dayandırmamısan? Niyə bu gün də o torpaqlardan qaz vurub, qazan doldurursan?

Göründüyü kimi, cavabsız suallar çoxdur. Cavab verən və cavabdeh isə yoxdur. Nəticədə R.Mədətovun şər-bötanına məruz qalmış T.Əliyev günahsız olaraq həbsxana həyatı yaşamağa məhkum olub. İndi İsə Şirvan Apellyasiya Məhkəməsinin qərarına diqqət verək və görək R.Mədətovun yuxusuna necə reaksiya verilib?  

Şirvan Apellyasiya məhkəməsi Mülki kollegiyasının 23.02.2023-cü il tarixdə keçirilən iclasından bir məqamı olduğu kimi təqdim edirəm:

Hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədr), Əsədov İlham Qoşunəli oğlu vəMayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlununkatibliyi ilə, İddiaçı Mədətov Rəşad Ramiz oğlunun nümayəndəsi və vəkiliAbbasov Murtuzəli Aydın oğlunun, cavabdeh Əliyev Tofiq Həsən oğlunun vəkili Əlizadə Əmirulla Əlibaxış oğlunun iştirakları ilə, Astara Rayon Məhkəməsinin2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı Mədətov Rəşad Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəməiclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. 

Məhkəmə mülki işə iddiaçı Mədətov Rəşad Ramiz oğlunun nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi (atası) Mədətov Ramiz Şöyüb oğlu iddianı müdafiə edib izahat verərək bildirmişdir ki, iddiaçı keçmiş Astara rayon Şiyəkəran kənd icra nümayəndəsi olmuş Əliyev Tofiq Həsən oğluna 06 hektar torpaq sahəsinə görə20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat pul vermişdir. Cavabdeh iddiaçıya həmin torpaq sahəsinin hərrac yolu ilə satılacağını bildirmişdir. Həmin torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı həmin torpaq sahəsində mal-qara saxlamaq üçün tövlə tikmiş, 3000 metr uzunluğunda kanallar qazmış və 16000 ağac əkmişdir. Torpaq sahəsi əvvəllər tamamilə yararsız halda olduğundan həmin torpaq sahəsinin yararlı hala gətirilməsi üçün bir neçə aylar fasiləsiz olaraq həmin torpaqlarda texnikalar işləmişdir. Lakin, sonradan iddiaçıya cavabdeh tərəfindən verilmiş sənədlərin saxta olduğu məlum olmuş və cavabdeh barəsində cinayət işi açılmışdır. Nəticədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1-(099)-421/2021 nömrəli hökmü ilə cavabdeh Əliyev Tofiq Həsən oğluna 08 il, 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Rəşad Mədətov torpaq sahəsinin yararlı hala salınması üçün 396500 (üç yüz doxsan altı min beş yüz) manat məbləğində pul xərcləmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

                                                 Qət etdi:

İddiaçı Mədətov Rəşad Ramiz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Mədətov Rəşad Ramiz oğlunun cavabdeh Əliyev Tofiq Həsən oğluna qarşı “396500” ( üç yüz doxsan altı min beş yüz) manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin...”

***

Bəli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri, ədaləti bərpa edərək, R.Mədətovun yuxusuna inanmayıb və T.Əliyevdən, özündən uydurub, tələb etdiyi  396 min 500 manat pul məsələsinin yalan olduğunu qətnamə ilə təsdiq ediblər.

Bu qətnamə ilə razılaşmayan R.Mədətov, 396 min 500 manatı yuxuda yox, gerçək həyatda gördüyünü sübut etmək üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin Mülkü Kollegiyası, nə qədər qəribə də olsa,  işi icraata qəbul edərək iddiaçıya belə bir bildiriş də göndərib:

 2(102)-2577/2023 ID: 2043564

 18.05.2023-cü il                                                                                 Bakı şəhəri

                                            Q Ə R A R D A D

  (işin icraata qəbul edilməsi barədə)

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zaur Əli oğlu

(məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan  ibarət məhkəmə kollegiyası iddiaçı Mədətov Rəşad Ramiz oğlunun kassasiya şikayətini nəzərdən keçirib.

 M Ü Ə Y Y Ə N  E T D İ:

İddiaçı Mədətov Rəşad Ramiz oğlu (Vəkil: Abbasov Murtuzəli Aydın oğlu və nümayəndə: Mədətov Ramiz Şöyüb oğlu tərəfindən tərtib edilmiş) Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-342/2023 saylı mülki işüzrə 23 fevral 2023-cü iltarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 405 və 407-ci maddələrində nəzərdə tutulan qaydada tərtib edilməkləverildiyindən və kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan icraata qəbul edilməlidir. İşə şifahi məhkəmə icraatı qaydasında baxılması üçün MPM-in 414-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411, 414, 415-ci maddələrinin tələblərini rəhbər tutaraq,

 Q Ə R A R V E R D İ:

İddiaçı Mədətov Rəşad Ramiz oğlunun kassasiya şikayəti icraata qəbul edilsin.

Kassasiya şikayətinə əsasən işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

kollegiyasında yazılı icraat qaydasında baxılsın.

***

Göründüyü kimi,  Ali Məhkəməsinin Mülki Kollegiyası hələ ki, işi icraata qəbul edib. Amma qəbul etməməli idi. İndi bu Ali qurumun qərarını gözləməliyik. Görək Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri R.Mədətovun yuxusuna və atası, keçmiş cəbhəçi Ramiz Mədətovun oğluna etdiyi yalançı şahidliyinə inanacaq, ya yox?

Inanırıq ki, Ali Məhkəmənin Mülki kollegiyasına üzv olan hakimlər, nəhayət, “yıxılana balta çalmazlar” prinsipini əsas tutaraq, onuz da günahsız olaraq həbsdə olan Tofiq Əliyevi  ata-oğul Ramiz və Rəşad Mədətovların şərindən qurtaracaq, həmçinin 396 min 500 manat pulun qondarma, yalan olduğunu sübut edəcək. Eyni zamanda, bu qondarma  işin  Ali Məhkəmənin plenumuna və Avropa Məhkəməsinə gedib çıxmasına imkan verməyəcək. Ona da inanmaq istəyirik ki, Ali Məhkəmənin ədalət təmsilçisi olan hakimləri, məhkəmələri aldadaraq, günahsız bir insanı, Tofiq Əliyevi şərləyərək 8,6 il iş almasına səbəb olan ata-oğul, Ramiz və Rəşad Mədətovlar barəsində, Cinayət Məcəlləsinin müvafiq maddələriri ilə cinayət içinin başlanması haqqında qərar qəbul edəcəklər.

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

P.S.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq...