Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara qəfil atəş açılıb, terror aktı törədilib...

Tezadlar.az ROSSİYA24- a istinadla xəbər verir ki, hadisə nəticəsində 40 nəfər ölüb, 130-dan çox adam yaralanıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.  
Rusiya DİN- NİN MƏLUMATINA GÖRƏ İSƏ, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb. Məlumatlar dəqiqləşdirilir və yenilənir...

A.Məmmədli