"Niyə Azərbaycanda bütün sahələrdə, ruslarda olduğu kimi, soyad birinci, ad ikinci yazılır?"
Filoloq alim Əlövsət Əmirbəyli belə bir suala cavab axtarıb. Sualdakı məntiq maraqlıdır... Məsələn, Türkiyədə ad birinci, soyad isə ikinci gəlir. Üstəlik, kimlik qısa yazılır. Məsələn, bizdə ad, soyad və ata adı sıralanır...
Beləliklə, Ə.Əmirbəyli yazır: "...Uzun illərdir bu xəstəlikdən qurtula da bilmirik. Hətta məzarlıqdakı başdaşında belə, şəxsin adı deyil, soyadı birinci yazılır?
Məgər biz insanları “ soyadı” ilə çağırırıq, yoxsa adı ilə?! Fikirlərinizi bilmək istərdim. Olmuş bir hadisəni də burada yazmaq istəyirəm. 8-9 il bundan əvvəl Antony Black adlı bir amerikalı qonağımız gəlmişdi. Onu hoteldə (reklam olmasın deyə, hotelin adını yazmıram) yerləşdirmişdik. 4-5 gün sonra hoteldən çıxış edərkən amerika vətəndaşı ilə hoteldəki qeydiyyatçı qız arasında böyük hay-küyün şahidi oldum. Amerikalı az qalmışdı qeydiyyatçı qızı öldürsün. Səbəb də o idi ki, amerikalıya verdiyi sənəddə “ Antony Black “ deyil, “ Black Antony” yazılmışdı. Amerikada birisinə “black” (qara-zənci) demək, çox böyük təhqir sayılır. Nəhayət Amerikalı bilgisayarda o yazılanı sildirdi və sənədi yenidən yazdırdı. Həm də çox əsəbi halda. Mən də o qıza dedim ki, “ sənə “zənci Lalə” desələr, xoşuna gələr?” Susdu. Lütfən, adı birinci, soyadı ikinci söyləyin və ya yazın...".
 Təbii ki, ad və soyad şəxsiyyətin pasportlaşdırma qaydası olduğundan bu barədə qanunvericilik aktı qəbul edilməlidir... 
A.Məmmədli