Mərhum Hacı Şahinin xatirəsi həmişə yad edilir, hörmətlə anılır... Amma ötən gün ona qarşı bir hörmətsizliyin şahidiyik. Sanki Hacı Şahinin ölücündən belə qorxanlar var və onlar anlamır ki, insan sağ və ya cismən yoxluq arasında olanda belə, əgər ona qarşı ictimai sevgi və hörmət varsa, bunun qarşısını nə iləsə almaq mümkünsüzdür...
***
Beləliklə, dünən məlum oldu ki, Hacı Şahinin sosial media hesabındakı videoları kimlər tərəfindənsə silinib, məhv edilib. Tanınmış yazıçı-jurnalist İlqar Əlfioğlu bu barədə maraqlı status paylaşıb. Yazır: "...Çoxumuzun dostu Hacı Şahinin YouTube kanalının ələ keçirilməsi, ordakı videoların silinməsi xoşagəlməz və təhlükəli hadisədir. Mən bu işdə daxilimizdəki düşmən barmağını görürəm. Onu hardansa silə bilərlər, bircə ürəyimizlə bacarmayacaqlar. Bu nahaq dünyada kiminsə öhdəsindən gələrsən, amma Haqq dünyasında məqamını rahatlamış birinin arxasınca, ancaq hürmək olar, ulduza hürən bütün sarsaq köpəklər kimi... Sən hür, o da baxıb gülsün...".
Həqiqətən də cəmiyyətdə istəklərlə xatırlanan bir şəxsə qarşı belə hərəkət yolverilməzdir...
A.Məmmədli