Bu gün 12 aprel Kosmonavtika günüdür...

Baykonurun tikintisində baş mühəndisin müavini olmuş, kimya elmləri namizədi, professor, Bakı Neftayırma Zavodunun rəhbərlərindın biri...  Yusif Səmədovu bəlkə də çoxları tanımır... Aerokosmik Bazanın tikintisi başa çatanda açılış olub və kosmosa ilk peyk buraxılanda isə Yusif Səmədov Yuri Qaqarinlə də görüşüb...  Deməli, bu gün həm də onun bayramıdır!
 Nəhayət, Y.Səmədov Kubada neftayırma zavodunun direktoru olub, Kuba Respublikasının prezidenti olmuş Fidel Kastro və sonra onu prezidentlikdə əvəz etmiş qardaşı Raul Kastro ilə çox yaxın dostluq əlaqələri saxlayıb.
Sonda: neftçi alim,  93 yaşını sağlam və qlvraq ruhda yola verən Yusif Səmədov Mərzilini görmək arzusundadır və inanır ki, tezliklə ata yurduna baş çəkə biləcək...

XXX 

"Təzadlar"ın arxivində olan yazını isə elə bu xoş  və əlamətdar məqamda təqdim etmək, bizcə, lap yerinə düşər:

Neftçi-alimin yubileyi qeyd edildi

 Uzun illər neft sənayesi sahəsində çalışmış professor Yusif Səmədovun 80 illik yubiley tədbirinə ürək dostları gəlmişdi.

Dünən Qarabağ Azadlıq Təşkilatının ofisində professor, neftçi-alim, QAT Ağsaqqallar Şurasının üzvü, gözəl insan Yusif Səmədovun 80 illik yubileyiilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan QAT sədri Akif Nağı qonaqları salamladı və sonra elə çay süfrəsi ətrafında da yubilyar haqqında ürək sözlərini söyləməyitədbirə gələnlərdən xahiş etdi.

Sən demə hamının ürəyi dolu imiş və hətta böyük ustad Əbdürrəhim bəy Haqverdiyevin yadigarı olan Beynəlxalq Ekoenergetika Akademiyasınınakademiki, görkəmli energetik-alim Teymur bəy Hacıyev məclisdə ilk söz deməyi neçə gün əvvəldən xahiş edibmiş. Elə bu niyyətlə də yaxın dostu, neftçi-alim Yusif Səmədov haqqında söhbət açan Teymur Hacıyev Qarabağlı günlərindən, bir zamanlar Yusif Səmədovun doğulduğu Qarabağın Mərzili obasındaolmasından, görkəmli alim Xudu Məmmədovla bağlı görüşlərindən, Mərzilinin bərəkətli torpaqlarından və qonaqpərvər, səxavətli insanlarından ürək dolususöhbət saldı. Sonra isə Azərbaycan ictimai fikrində alim olaraq öz dəsti-xətti olan Yusif Səmədovun necə sadə və təvazökar insan olmasından, vaxtilə Bakıdaçalışdığı neft sənayesi sahələrində mühüm post tutan ermənilərlə apardığı mübarizədəki qalibliyindən danışdı. O, Yusif Səmədovu akademik XuduMəmmədovun təbirincə, hamı ilə yola gedən və hamını da yola verə bilən insan kimi xarakterizə etdi.

 Söhbətinin sonunda yubilyara Qarabağlı günlər arzulayan Teymur Hacıyev o günü birlikdə görməyi külli Azərbaycana diləyərək düşməni tezlikləməğlub etmək yolunda hamını mübarizəyə səslədi. 

Sonra texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetinin baş müəllimi Valeh Baxşəli çıxış etdi. Yusif Səmədovu özünə həmişə müəllim vəbir alim qürur zirvəsi bilən natiq yubilyara ürəyi istəyən qədər yaşamağı və bundan sonrakı günləri Mərzilidə keçirməyi arzuladı.

Akademik, BDU-nun kafedra müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Cəlal Allahverdiyev isə Yusif Səmədovu uzun illərdir tanıdığını,Azərbaycanın istiqlalı və xoşbəxtliyi yolunda onun necə mübariz bir insan olduğunu, bu yolda çox qayğılar çəkdiyini, lakin heç vaxt bunu dilə gətirmədiyinibildirərək yubilyarın haqqında gələcək zamanda danışdı: Mən arzu edirəm ki, Yusif müəllim bundan sonra daha fəal və mübariz fəaliyyəti ilə bizisevindirsine".

Ukrayna İnşaat Akademiyasının akademiki, "Dünyanın intellektual lideri" qızıl medalı laureatı Telman Əliyev də alim dostu, şəxsiyyətinə böyük dəyərverdiyi Yusif Səmədova daha uzun illər dostları və istəkliləri ilə birgə olmağı arzuladı, onunla Qarabağda görüşməyi həm də özünə arzu etdi.

Yusif Səmədov haqqında ürək sözlərini dilə gətirən  QAT İdarə Heyətinin üzvləri- Arzu xanım Qasımova, Fəridə xanım Əsgərova, QAT AŞ-nin üzvləri- Cəfər Baxşıyev, Sabir Yanardağ, Nadir Ağayev, Allahverdi Nuriyev, QAT sədrinin müavini İlqar Əliyev, "Təzadlar"ın baş redaktoru Asif Mərzili, NovruzNovruzbəyli və başqaları yubilyar haqqında ürəkdən gələn arzularını çatdırdılar.  

(Təzadlar.- 2011.- 29 yanvar.- S.14).

XXX 

Aşağıdakı şəkil isə 2021-ci ildə çəkilib):

92ced94a-5e71-4044-99cd-d8737c295145