Bu gün aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində

yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Tezadlar.az Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb. 

Bəli, uzun illər özünü dünyada "odda yanmaz, suda batmaz" kimi təqdim edib işğalçılıqla məşğul olan Ermənistanın hərbi- siyasi rəhbərliyi Azərbaycan Ordusunun 44 günlük Vətən savaşı ilə bu mifi darmadağın etməsi ilə barışa bilmir. Və "DQR" adlı qondarmaları da bu savaşdan az sonra elə Paşinyanın rəhbərliyk altında birdəfəlik qəbrə qoyuldu. Azərbaycan atalar sözündə deyildiyi kimi, qəbirstanlığa gedən ölü bir də geri qayıtmır! Ermənilər isə bu "ölü"nü diriltmək istəyir... Amma əbəs... Makronun duaları da mənasızdır, elə bəzi ermənipərəst senatorların da çabaları...

A.Məmmədli