"Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi..."

Tezadlar.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib. Prezident əlavə edib: “Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili məhsulumuzun 8 faizindən də azdır”.

Xatırladırıq ki, bu gün ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edir.