Bu gün aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Xatırladırıq ki, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Qırğızıstan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək. Mərasimdə qonaqlar qırğız mədəniyyətini ifadə edən sərgini izləyəcəklər, sonra möhtəşəm konsert proqramı təqdim olunacaq. Mərəasimdə "Təzadlar"ın baş redaktoru Asif Mərzili də iştirak edəcək.

Elbar Şirinov