Respublikanın sabiq baş pediatrı, professor Nəsib Quliyev özünü öldürüb... Tezadlar.az bildirir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb. Belə ki, 1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib. Və Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb.
Bəs görəsən xəstələrinə səbr və dözüm arzulayan, tövsiyyə edən həkim niyə səbrli ola bilməyib... Yəqinki hüquq mühafizə orqanları bu suala da cavab tapacaq...
A.Məmmədli