Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkənini Milli Assambleyasında çıxış edib

və Qarabağ müharibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə sülh danışıqlarının uğursuzluğa düçar olması ilə bağlı siyasi opponentlərinə müraciət edib.

Paşinyan bildirib ki, Bakı ilə danışıqlarda maksimum tələb etmək səhvdir və separatçılar məhz bu danışıqlar üslubunu seçiblər.

“Nə vaxt ki, danışıqlara yüksək səviyyədən başlayırsan, bundan sonra edə biləcəyiniz yeganə şey onu daim aşağı salmaqdır, çünki onu qaldıracaq yer yoxdur. Danışıqlar prosesində də başımıza gələn budur.  Biz isə başa düşmədik ki, bununla məğlubiyyətimizi əvvəlcədən müəyyənləşdirmişik”, -deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində saxta İrəvan rejiminin ləğv edilməsində, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinin Ermənistan da daxil olmaqla köç etmək qərarına gəlməsində günahkar erməni revanşistləri, klerikal-feodal elitasıdır.

Ermənistanın baş naziri vurğulayıb ki, Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsinin tərəfdarı olmayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN