119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili seçicilərinə və səs oğrusu olan məmurlara səslənib... Müraciətdə deyilir: "Dəyərli 119 saylı Seçki Dairəsinin seçiciləri və saxtakarlığa yol vermiş məntəqə sədri olan müəllimlər, onlara qanunsuz göstəriş vermiş rəsmi şəxslər! Mən və digər namizədlər pozulmuş hüquqlarımızın müdafiəsi üçün hələ 2005- ci ildə məhz bu dairədə Bəxtiyar Sadıqovun xeyrinə saxtalaşdırılmış nəticələrdən şikayətçi olduq. Azərbaycan Konstitusiya Məhkəməsi MSK- nın qərarını ləğv etdi, 6 ay sonra təkrar seçki keçirildi... Bu dəfə isə Ağdam rayonunun İcra başçısı Vaqif Həsənovun rəhbərliyi altında Ramiz Mehdiyevin arzusuna uyğun olaraq(!) Bəxtiyar Əliyevin deputat edilməsi üçün min cür hoqqadan çıxdılar. Cənab Prezidentin siyasi iradəsini görməzliyə vurdular, qalib Azərbaycanın uğurlarına kölgə salmaq üçün Bəxtiyar Əliyev gülməşəkər oldu! Olsun!  Əlimizdə 130 videogörüntü var, səs yazıları var, məntəqə sədrlərinin (vatsap səsli) saxtakarlığı necə və saat neçədə etməyin yollarını müəyyənləşdirən səsləri vardır, namizədlərə pul, vəzifə, dükan, mağaza... təkliflərinədək, sübutlar yetərincədir.
634c3853-19fa-455e-84e9-0cdba5b88940
014089fb-65bb-4b2d-9d98-5f676f2dc38a
Qısa deyim: tam arxayın olun, sonadək hüquqi mübarizəmiz davam edəcək! Nəticə ləğv edilənədək! Əgər Vaqif Həsənov Ramiz Mehdiyevin tapşırığını icra edirsə, deməli, məsələ çox qəlizdir... İki instansiyada məhkəməmiz davam edir! Biz haqqıq, bizimlə zarafat keçməz! Çünki istinadımız ölkə Prezidentinin siyasi iradəsidir! Namizədlərdən mənim, Şəbnəm Səfərovanın, Azər Qasımovun... səsini Bəxtiyar Əliyevin xeyrinə yazan əllər kəsiləcək! Bir az səbrli olun!
 Hələ də unuda bilmirəm, Qasımbəylidə məntəqə sədri olan ağbirçək xanım mənə dedi ki, həmişə sizin yazıları oxuyanda təsəlli almışam, vicdanıma and olsun, bu məntəqədə saxtakarlıq olmayacaq! Amma o xanım- xatın qadını son anda saxtakarlığa məcbur edən məmur, sən vicdanına necə hesabat verirsən ailənin, öz xanımının gözünə baxaraq?!
NƏ İSƏ...".
Bəli, nə isə... 
Elçin Məmmədli,
119 saylı Seçki Dairəsində müşahidəçi
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN