Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Tezadlar.az xatırladır ki, DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib. Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur. Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Bəs silahlı basqına cəhd edən şəxsi buna nə vadar edib? Onun məqsədi nə imiş? 

Hazırda istintaq bütün bu və ya digər suallara da aydınlıq gətirməkdədir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN