Bu gün onların həyat hekayəsinə bir əfsanə də yazıldı...

Dövlətqaçqınkom- dan Tezadlar.az- a bildirilib ki, Respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınıb."Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər"..

Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.

Yurda qayıdışımız mübarək! Biz Qarabağda qarabağlı, Laçında laçınlı, Ağdamda ağdamlı olmağa haqlıyıq! Çünki bu haqq bizə babalarımızdan- keçmişimizdən mirasdır... 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN