Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Vışka” qəzetinin informasiya dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” beynəlxalq layihə uğurla davam edir.

Qırğızıstanın mirvarisi İssık-Kula həsr olunmuş şeirlər və mədəniyyətimizin  beşiyi, gözəl şəhərimiz Şuşaya həsr olunmuş şeir oxuculara  təqdim olunur.

İssık-Kulu yerlilər Qırğızıstanın qiymətli incisi adlandırırlar. Qırğız xalqı üçün bu göl təkcə milli qürur mənbəyi deyil, həm də böyük dəyərə malikdir. Qədim dövrlərdən bu günə qədər İssık-Kul haqqında şeirlər, mahnılar, əfsanələr yazılıb. Göl yazıçılar və rəssamlar üçün ilham mənbəyidir.

Şair Gülnur Aslan “Qarabağ çiçəklərinə” şeirində yazda qar dənəcikləri altından boylanaraq, dağları, yamacları al-əlvan, qırmızı örpəyə bürüyən  çiçəkləri, bülbülün nağıl çiçəyinə dönməsini, işıqlı planetimizin, dünyamızın şərə qalib gəlməsini, ədalətin təntənəsini qələmə alır. Şair vurğulayır ki, təbiətin, çiçəklərin nəğmə oxuduğu bir diyara ayrılıq qələbə çala bilməz.

Bu gün oxuculara 2 Qırğızstan və 2 Azərbaycan  şairin şeirləri təqdim olunur: Lyudmila Xolmanskix (Qırğızstan), Baxıtcan Kanapyanov (Qırğızstan), Leyla Əliyeva (Azərbaycan), Gülnur Aslan (Azərbaycan).

Şeirlər aşağıdakı keçiddə oxuculara təqdim olunur:

https://drive.google.com/file/d/1GfDUvqvWI59PXx3PFm6tblPUvvEz725t/view?usp=drivesdk

***

 В БИБЛИОТЕКЕ ПРОДОЛЖАЕТСЯ МЕЖДУНАРОДНЫЙ ПРОЕКТ «ВЛЮБЛЕННЫЕ В ПРИРОДУ»

Центральная библиотека им.М.Ш.Вазеха Ясамальского района при информационной поддержке газеты «Вышка» успешно осуществляет международный проект «Влюбленные в природу» в рамках «Года солидарности во имя зеленого мира». Сегодня мы представляем читателям стихи, посвященные Иссык-Кулю – жемчужине Кыргызстана и стихотворение, посвященное колыбели культуры, нашему прекрасному городу Шуша.

Сокровенная жемчужина Кыргызстана – так зовут Иссык-Куль местные жители. Для кыргызов это озеро – не только предмет национальной гордости, но и великая ценность.

Об Иссык-Куле с древности и до сего дня слагают стихи и песни. Озеро служит источником вдохновения для писателей и художников, оно породило множество легенд и сказаний.

Поэтесса Гюльнур Аслан в стихотворении «Цветам Карабаха» пишет: о Победе нашей светлой планеты, нашего мира над злом. Она ликует о торжестве справедливости, подчеркивая, что разлука не может принести Победу краю, где поют природа и цветы.

Сегодня вниманию читателей представляются стихи 4-х поэтов.

Читатели и пользователи библиотеки могут познакомиться со стихами на линке:

https://drive.google.com/file/d/1GfDUvqvWI59PXx3PFm6tblPUvvEz725t/view

Təqdim etdi: Y.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN