“Ermənistan COP-da deyil, hətta Formula ərəfəsində belə təxribatlarına son vermir.

Bu fəaliyyətlər Ermənistanın dövlət maraqlarına zidd olsa da, böyük ehtimalla bunların həyata keçirilməsi üçün əmrlər adətən Fransa tərəfindən gəlir. Hər bir halda Azərbaycan tərəfi təhlükəsizlik məsələlərini beynəlxalq tədbirlərə bağlamasa yaxşıdır. Əgər düşmən atəş açırsa, dərhal həmin mövqe darmadağın edilməlidir. Atəş açan heyətin bir nəfəri də olsun sağ qalmamalıdır”.

TEZADLAR.AZ xəbər verir ki, bunu KİV-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə göerə, ayrı-ayrı atəş mövqelərinin dağıdılması belə, problemin köklü həllinə gətirib çıxarmayacaq:

“Ermənistan tərəfi, ümumiyyətlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Digər tərəfdən də Azərbaycana qarşı əsassız iddialar səsləndirir. Naxçıvanla Azərbaycanın əlaqəsini sual və şübhə altına almağa çalışırsa, o zaman bu məsələnin həlli ilə biz daha dərindən, fundamental bir şəkildə məşğul olmalıyıq”.

Ekspert vurğulayıb ki, Ermənistanın müharibə aparmaq üçün hərbi, siyasi və iqtisadi gücü kifayət qədər məhduddur, amma bir neçə istiqamətdə eskalasiya gözləniləndir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN