16 sentyabr tarixində prezident Salome Zurabişvili iki siyasi qüvvəni: “Güclü Gürcüstan - Lelo” və “Qaxaria Gürcüstan naminə” partiyasını birləşmək üçün Orbeliani sarayına dəvət etmişdir.

tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu gün sözügedən partiya liderləri Giorgi Qaxaria və Mamuka Xazaradze arasında görüş baş tutub. Görüşdən sonra mətbuata açıqlama verən Mamuka Xazaradze bildirib ki, Giorgi Qaxariyaya bərabərhüquqlu tərəfdaş kimi koalisiyaya qoşulmaq təklif olunub: "Biz cənab Giorgiyə bu birliyə və bu koalisiyaya bərabərhüquqlu tərəfdaş kimi daxil olmağı təklif etdik, məsləhətləşmələri davam etdirəcəyik. Mən ona konstruktiv yanaşmasına görə təşəkkür etmək istəyirəm. Bu asan deyil. Mənim nail olmaq istədiyim odur ki, seçkilər öncəsi vətəndaşlarımıza koalisiyanın necə olduğunu, bu birliyin ölçüsünə və çəkisinə malik olduğunu göstərməkdir. Məsləhətləşmələr davam edəcək. Bilirsiniz ki, bizim prezidentlə daimi əlaqəmiz var və yeni görüş təyin olunan kimi görüşəcəyik”, - deyə Mamuka Xazaradze bildirib. Giorgi Qaxaria isə öz növbəsində bildirib ki, Mamuka Xazaradze ilə anlaşa bilməyib. Onun sözlərinə görə, Prezidentlə mövzu ilə bağlı görüş davam edəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN