Nəhayət, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin çəkilişinə start verilib...

Mədəniyyət Nazirliyindən "Təzadlar"a verilən məlumata görə, Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Borc” bədii filminin əsas mövzusu 2-ci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur. Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub, çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.

Ordumuzun Qarabağ müharibəsindəki qəhrəmanlığından bəhs edən belə filmlərin olması olduqca vacibdir. Həm Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyələnməsində, həm də şanlı tariximizin arxivləşdirilməsində bu amillər çox mühüm əhəmiyyət kəsb edir...

Y.Məmmədli

1-a

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN