"Güclü Gürcüstan” koalisiyasının liderlərindən olan Mamuka Xazaradze təqaüdçülərlə görüşündə qeyd edib ki, pensiyanın 1000 lariyə çatdırılmasının yollarından biri Kazino və oyun vergi rüsumunun

15%-dən 25%-ə qədər artırılması olacaq. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə “Güclü Gürcüstan” koalisiyasının mətbuat xidməti məlumat yayıb. Onların bəyanatına görə, “Güclü Gürcüstan” hakimiyyətə gəldikdən sonra dərhal pensiyaların 1000 lariyə qədər artırılması və bu rəqəmin inflyasiyaya uyğun olaraq hər il artması üçün işə başlayacaq. Qeyd olunub ki, bu şirkətlər sərbəst fəaliyyət göstərir, lakin dünyanın inkişaf etmiş ölkələri onları cəmiyyətə müəyyən xərclər qoymaq imtiyazı əsasında əlavə vergi ödəməyə məcbur edir. Bəzi yerlərdə, məsələn, ABŞ-ın İllinoys ştatında bu vəsaitlər xüsusi olaraq pensiyaları dəstəkləmək üçün istifadə olunur. Qumar biznesi vətəndaşların evlərindən çoxlu pul götürüb və bu yolla biz bu pulun bir hissəsini geri evlərə qayıtmasını təmin edəcəyik.

Maraqlı təklifdir... Azərbaycanda da bu tətbiqdən yararlanmaq olar. Məsələn, hər gün on minlərlə insan "Poz- qazan!"da pul itirir. Amma qazanılanların hara getdiyi dəqiq bilinmir... Çünki hələki ortada hansısa bir hesabat yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN