"Heç kim ölkədən çıxarılmayacaq: Avropa İttifaqına üzv ölkələr kişiləri Ukraynaya zorla qaytarmayacaq..."

Avropa Komissiyası bəyan edib ki, hərbi yaşda olan kişi Ukrayna vətəndaşları Avropa İttifaqının ərazisindən zorla çıxarılmayacaq. Tezadlar.az xatırladır ki, Avropa Birliyinin daxili işlər üzrə komissarı Ylva Yohansson “Azadlıq” radiosuna müsahibəsində belə deyib. Xanım Yohansson izah edib ki, Aİ Avropada müvəqqəti sığınacaq  üçün müraciət etmiş Ukrayna vətəndaşlarına yaş, cinsi və hərbi mükəlləfiyyətlərinə differensial yanaşma tətbiq edə bilməz. Yohansson əlavə edib ki, bu "Müvəqqəti Mühafizə Direktivi"nə əsasən mümkün deyil". 

 “Azadlıq” radiosunun Aİ-nin Ukraynaya xaricdən hərbi yaşda olan kişilərini geri qaytarmağa kömək edə biləcəyini aydınlaşdıran sualına isə cavab olaraq Yohansson qeyd edib ki, heç kim Avropa İttifaqının ərazisindən zorla çıxarılmayacaq. Sitat: "Biz Ukraynaya qayıtmaq istəyənləri dəstəkləyəcəyik və bunu Ukrayna hakimiyyəti və Ukrayna hökuməti ilə ən yaxşı şəkildə necə edəcəyimizi müzakirə edəcəyik".

Rus dilindən təqdimat: "В Еврокомиссии заявили, что граждан Украины мужского пола призывного возраста не будут выселять с территории Европейского Союза принудительно. Источник: еврокомиссар по внутренним делам Илва Йоханссон в интервью "Радио Свобода", пишет "Европейская правда". Она пояснила, что ЕС не может применять дифференцированный подход к украинским гражданам, которые оформили временную защиту в Европе, на основе их возраста, пола и воинского долга. "Это невозможно согласно Директиве о временной защите", – отметила Йоханссон. На уточняющий вопрос "Радио Свобода", мог ли бы ЕС помочь Украине вернуть ее мужчин призывного возраста из-за границы, Йоханссон отметила, что никого не будут выдворять с территории Евросоюза принудительно. "Мы поддержим тех, кто хочет вернуться в Украину, и мы обсудим с украинскими властями и украинским правительством, как сделать это наилучшим образом. Мы никого не будем выдворять из ЕС", – подчеркнула она".

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN