Bu gün, Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Əsrin müqaviləsi – 30” adlı videoçarx hazırlanıb.

Tezadlar.az xatırladır ki, informasiya-resurs şöbəsinin əməkdaşı Günay Qululunun hazırladığı videoçarx “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyinə həsr olunur. Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Əsrin müqaviləsi” haqqında söylədiyi fikirlə başlayır.

Videoçarxda bildirilir ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmışdır.

Videoçarxda qeyd olunur ki, "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı.

Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:

https://www.youtube.com/watch?v=HrLY_OHhtg8

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN