Nəhayət, Azərbaycanda növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.

Tezadlar.az Mərkəzi Seçki Komissiyasının saytına istinadla xatırladır ki, MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.

Seçkilərdə fəal olun ki, seçdikləriniz fəal olsun!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN