- Hörmətli Eyub müəllim, yazıb bildirirəm ki, 18 may 2024-cu ildə 83 yaşlı anamın və mənim səhhətimlə baglı Xaçmaz rayonunda "Tibet" deyilən firmaya müraciət etdim. Orada Həcər adlı xanımın dediyinə görə, həkimdir, məni və anamı "iqruşka"ya oxşayan bir aparat ilə (60 manata) əlimizin içində o yana -bu yana gəzdirdi və başladı resept yazmağa. Ondan soruşdum ki, bəs Siz bizi yoxladız, bizim diaqnozumuz nədir, bizdə nə xəstəlik var, bilək ki nədən müalicə götürməliyik?! O isə bildirdi ki, məndə elə blank yoxdur ki, diaqnoz yazım. Həmin reseptdən mənə təkid ilə "Sən al, al, bu dərmanları bizdən almalısan" deyə orada iri bir sumkanı yanına qoyub dərman satan Gülnarə xanıma (tel-55-853-56-24) tapşırıq verdi. Sonra mənə 66 manatlıq (1 dərmanı 15 manatadan) bir dərmanı satdı. Reseptimdə yazılan qalan dərmanları isə tik-tokda təsadüfən bu dərmanları reklam edən Gülçin adlı xanımla (55-205-81-24) yazışdım və ondan endirim ilə aldım(310 manat nağd şəkildə anam üçün verib aldım, 433 manatı bu 4169738806939249 №li karta qoymuşam). Mən dərmanları başladım qəbul etməyə və bu xanımlarla əlaqə saxladım bildirdim ki, artıq bir aydır qəbul edirəm, xeyrini görmürəm, əksinə, ödümdə və böyrəklərimdə kəskin ağrılar baş verib. Bununla baglı məni "iqruşka" ilə müayinə edən həkim Həcər xanıma bildirdim ki, mənə nə yazmısızsa ya düzgün deyil, ya da mənə əks təsir göstərib, mənim güclü agrılarım var, xahiş edirəm pulumu geri qaytarın, mən heç olmasa gedim mərkəzi xəstəxanaya müayinə olunum. Gülnarə xanım mənim ondan aldığım dərmanın pulunu qaytardı. Mən anam üçün aldığım dərmanları isə bütövlükdə Gülçinə qaytardım, o 310 manat pul qaytarmalı idi mənə, amma 174 manat pul qaytardı və məni blok etdi. Həmin Gülçin mənə deyirdi ki, get hara istəyirsən şikayət elə, dərmanları sənə mən yazmamışam, mən sadəcə, dərman satmışam. Ümumilikdə, 746 manat pul ödəmişəm. Həmin puldan mənə yalnız Gülçin 174 manat qaytarıb, 572 manatı qaytarmır, deyir get hara istəyirsən şikayət et. Halbuki dərmanları anam mənim agrılarımı görüb qəbul etməyə qorxdu. Sizdən xahiş edirəm, ərizəmi araşdırıb Gülçındən, Həcər həkimdən (50-545-28-56) mənim pulumun geri qayıtmasına köməklik göstərəsiniz. Qeyd edim ki, 310 manatlıq dərmanı istifadə etmədən qaytarmışam, yalnız onları da mənimsəyib pulumu mənə qaytarmırlar. Qeyd edim ki, Güiçin mənə 572 man pul qaytarmalidir, lakin deyir ki, dərmanları sənə mən yazmamışam, mən aptekəm, məndən almısan, sənə düzgün müalicə aparılmayıb, ona görə də pulunu Həcər həkimdən istə.
Xatırladım ki, hal -hazırda həmim firma Xaçmaz rayonunda sikayətlərə görə və müstəri olmadıgına görə fəaliyyət göstərmir. Və cəmi 5 kvm.-lik bir otaqda hamısı otururdu- pul yığan da, dərman satan da, müayinə edən də, müstəri də, çox səs-küylü bazar kimi yer idi.
Hörmətli Eyub müəllim, xahiş edirəm, adını qeyd etdiyim bu dərman satanlar- Gülnarə, Həcər və Gülçindən mənim 572 manat pulumun qaytarılmasına köməklik edəsiniz. Bu barədə Dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə məlumat verəsiniz. Öncədən təşəkkür edirəm.
Şirinova Heyran Səfərəli qızı".
Redaksiyadan: günah kimdədir? Yəqinki həm də peşəkar həkimləri və müalicəxanaları qoyub 5 kvm.- lik "ofisi" olan "Tibet"ə üz tutanlarda... Qısası, dərdinizi peşəkarlara deyin ki, dərmanı da asanlıqla tapılsın...
"Təzadlar"