Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa səfər edib. O, Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edən ilk yüksək səviyyəli qonaq olacaq. Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Qarabağın girişində - Füzuli şəhərində qarşılayacaq.

Bu barədə TRT Haber-in Bakıdakı müxbiri Fatih Avanos məlumat verib.

Məlumata görə, dövlət başçıları Füzulidə görülən işlərlə tanış olacaq, sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedəcəklər.

Sonra ölkələrin liderləri Şuşa bəyanatının imzalanacağı Şuşaya yola düşəcəklər.
Jurnalist "İki ölkə arasında strateji əməkdaşlığın daha da inkişafına töhfə verəcək bir bəyanat imzalanacaq" - deyə bildirdi.

Azərbaycan və Türkiyə prezidentləri Cıdır Düzündə Qarabağ atlarının çıxışını izləyəcəklər.

Türkiyə prezidenti Azərbaycan əsgərləri ilə də görüşəcək.

 

 

 

 

 Şakir QURBANOV