Ermənistanda parlament seçkisi öncəsi müxtəlif seçkiqabağı şüarlar, populist bəyanatlar səsləndirilir. İki –üç  gün qabaq Paşinyanı dovşan adlandıran eks-prezident Robert Koçəryan bu dəfə də fərqlənib və bildirib ki,əgər parlament seçkilərində ona səs versələr, o Hadrutu ermənilərə qaytara bilər? O məsəldə deyilən kimi olmasın, “Nəynən, Alış?”.

 “Qaytarıcı” Koçaryan daha irəli gedərək deyir ki, lap istəsəniz, Şuşanı da alaram. Yenə də soruşmaq lazımdır: “Nəynən, Alış?”

Gələcək “Rembo” bu sözləri iyunun 13-də Dilicanda, seçicilərlə görüşü zamanı deyib.

O bildirib ki, bu məsələnin keçmiş DQMV sərhədi çərçivəsində hüquqi yolla həll edilməsi mümkündür və bunun üçün müvafiq arqumentlər var. Onun sözlərinə görə, bu, iki il davam edə bilər.

"Lakin belə ciddi danışıqlar aparmaq üçün müttəfiqlərlə münasibətləri bərpa etmək və nizama salmaq lazımdır. Bundan dərhal sonra görəcəksiniz ki, göstərilən məsələlərin həlli mümkündür. İnanmıram ki,bu məsələni məndən başqa kimsə həll etsin.

Qarabağdan olan köçkünlərin problemlərinin qısa müddətdə həllinə gəldikdə, indi onların mənzillə təmin olunması üzrə proqramlar icra edilir. Mən özüm bu məsələ ilə bağlı Rusiyadan böyük erməni iş adamları ilə şəxsən danışıqlar aparıram”.

Bizim belə bir məsəlimiz də var: “İt hürər, karvan keçər”, yaxud “Ac toyuq yuxusunda darı görər”.Necə deyərlər, getdi o dövran,Koçaryan! Azərbaycan, nə də onun ordusu sənin hakimiyyətin dövründəki Azərbaycandır. Qaytar Hadrutu, görüm necə qaytarırsan?

 Şakir QURBANOV