booked.netbooked.net booked.net  

Bakının H.Zərdabi-92 A ünvanında yerləşən və "MELİSSA ASB İNŞAAT" MTK-ya məxsus çoxmənzilli yaşayış binasının yüzlərlə sakini

MTK rəhbərliyinin dünəndən kommunal qiyməti qaldırılmasına etiraz olaraq binanın həyətində aksiyaya qoşulublar. Binanın həyətində etirazlarını bina administrasiyası rəhbərliyinin diqqətinə çatdırmaq üçün toplaşan sakinlərin "Təzadlar"ın elektron poçtuna göndərdiyi şiddət dolu sərt etiraz məktubu düşündürücüdür. Sakinlər yazır: "...Cənab Prezident İlham Əliyev dünəndən Sərəncam verərək əhalinin aztəminatlı hissəsinin qayğısına qalıb, büdcədən maliyyələşənlərin əmək haqlarını qaldırıb, binamızın rəhbərliyi isə deyir ki, Prezident maaşları qaldıırıb, mənə nə, mən də qiyməti qaldırıram! Artıq elan yapışdırıblar ki, qaraşın aylıq qiyməti 75-100 manat, kommunal xidmətlər isə 20 faiz qaldırılır. MTK-nın rəhbəri anlamır ki, bu bina kompleksində yaşayanların ola bilsin 5 faizi büdcədən maaş alır, qalanları özəl sahələrdə çalışır, təqaüdçüdür, şəhid ailələri var, qazilər var... MTK rəhbərinin bu qanunsuz hərəkəti hamıda hiddət doğurur, əhalinin vəziyyətini nəzərə almadan monopoliya yaradır, ağlı kəsən formada qiyməti qaldırır. Xahiş edirik, şikayətimizi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətinə çatdırın ki, Azərbaycan xarici işğalçı düşmənin-ermənilərin başını Dəmir yumruqla əzdi, bəs monopolist belə daxili düşmənlərlə neyləyək? Bir neçə gündən sonra Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi və ad günüdür. Yüzlərlə ailəni belə xoş gündə etiraza qaldırmaq, Yeni İlini zəhərə döndərmək kimə lazımdır və nə məqsədə edilir???".

Şikayəti yerində araşdırmaq üçün əməkdaşımız deyilən ünvanda oldu. Əlavə məlumat veriləcək...

A.Məmmədli  

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN