booked.netbooked.net booked.net  

"Ermənistan öz tərəfində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı işlərə start verməyi planlaşdırır".  

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. İ. Əliyev bildirib ki, müharibədən sonra İran-Azərbaycan əlaqələri daha da geniş vüsət alıb: “Siz dünən eyni zamanda Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir. Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir. Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar", - İ. Əliyev vurğulayıb.

Bəli, Ermənistanın siyasi rəhbərliyi yaxşı anlayır ki, artıq dünya əvvəlki dünya, Azərbaycan isə 30 il ərzində Ermənistanın işğalına dözən Azərbaycan deyil...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN