...Ukrayna-Azərbaycan dostluğunun tarixi böyükdür, mahiyyətlidir...

Və bu dostluğu körpüləşdirən çoxsaylı və vətənpərvər soydaşlarımız var. Onlardan biri bu gün "Təzadlar"ın hörmətli qonağı oldu... Ukrayna Kazaklar Birliyinin marşalı, həmyerlimiz Üzeyir Vahabov redaksiyamızda maraqlı söhbətləri, xatirələri yada saldı, Ukrayna ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixi köklərinə işıq salaraq olduqca dəyərli söhbətlər etdi... Üzeyir Vahabov eləcə də Ukraynada böyük hörmət və izzət sahibi, Ukrayana Kazaklar Birliyinin Azərbaycandan olan rəsmi nümayəndəsidir... Barəsində az sonra maraqlı yazı olacaq... Onu Ukrayna Müdafiə Nazirliyinin kapitanı Timur Ovsiannikov müşaiyət edirdi... (şəkildə təsvir olunur).

Xatırladırıq ki, marşal Üzeyir Vahabov bundan əvvəl İctimai Nəzarət Təşkilatında qəbul edilib, təşkilatın fəaliyyəti barədə müfəssəl məlumat verilib. Görüşdə İNT-nin sədri Rasim Məmmədov iştirak edib, hörmətli qonaqla səmimi fikir mübadiləsi aparıb.

A.Məmmədli