booked.netbooked.net booked.net  

...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında

davam edən gərginliklə bağlı danışıqların aparılması üçün Türkiyədə görüş keçirmək təklifini bir daha xatırladıb. «Təzadlar» “European Pravda”ya istinadla bildirir ki, Ərdoğanın sözlərini Türkiyənin “Anadolu” agentliyi sitat gətirib. Ərdoğan Rusiya ilə Ukrayna arasındakı gərginliyin yeni böhrana çevrilməmiş həllini istədiyini vurğulayıb. "Bir daha deyirəm, biz bunun üçün ən yaxşı dəstəyi verməyə hazırıq. Mən bu siqnalları prezidentlər Putin və Zelenskiyə çatdırmışam və bundan sonra da çatdıracağam... Məsələn, əgər iki lider ölkəmizin ərazisində görüşsə - istəsələr, bu, sülh atmosferinin bərpasına töhfə verə bilər”, - Türkiyə Prezidenti bildirib.

Ərdoğan Rusiyanın Ukraynaya hücuma və işğala əl atmayacağına ümid etdiyini bildirib. "Belə bir addım Rusiya və bütövlükdə regionumuz üçün faciə ola bilməz... Biz regionumuzda sülh istəyirik, sabitlik istəyirik. Region artıq qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib və bu, bizə çox mənfi təsir edib".

Ərdoğan Türkiyənin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini təkrar vurğulayıb. Ərdoğan, həmçinin Putini Ankaraya səfərə dəvət etdiyini, lakin onun tarixinin hələ müəyyən edilmədiyini bildirib. Türkiyə liderinin Ukrayna ilə Rusiya Federasiyası arasında dialoq üçün vasitəçilik təklifi ilk dəfə deyil. Xatırladaq ki, Ərdoğanın Ukraynaya səfəri fevralın əvvəlində gözlənilir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN