booked.netbooked.net booked.net  

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə "Təzadlar"ın  sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Məlumat verilib ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır. Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

Bu gün isə direktor "Təzadlar"a təkzib məktubu göndərib, baş verənləri böhtan adlandırıb...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN