booked.netbooked.net booked.net  

Bakı Apellyasiya Məhkəməsinin Hakimi Ilham Kərimli Prezidentin media siyasətinə qarşı nəinki sabotajlıq edir, həm də hakimə yaraşmayan qanunsuz hərəkətlərin müəllifidir...

Yəqinki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun məzmun və mahiyyətini geniş təqdim etməyə ehtiyac yoxdur. Amma adi hüquqi təcrübəsi və elmi biliyi olan hər kəs bilir ki, hakim ədalət mühakiməsini həyata keçirən, heç kimdən, hətta sədrindən belə asılı olmayan, müstəqil qərar qəbul edən, daxili inamına söykənən bir şəxsdir-məhkəmə brendidir! Yəni, dünya məhkəmə hakimini belə tanıyır, qəbul edir və belə olmasını da istəyir... Amma...

Niyə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimli də ədalət mühakiməsinin and yeri ola bilməsin???

...Kanadada kimsəsiz qoca dükandan çörək oğurlayarkən yaxalanır, qocq saxlanılaraq məhkəmə qarşısına çıxarılır.

Hakim hökm elan etməzdən əvvəl qocaya son söz söyləmək şansı verir:

-Nəyə görə öğurluq etdiniz?

Qoca:

-Acından ölürdüm, pulum yox idi, işləmirəm, pensiyamı da kəsiblər, ölməmək üçün oğurluq etdim...

Hakim qərarını elan edir:

-Bu qoca bizim şəhərdə acından ölən bir vətəndaşımızı aclıq ölümündən qurtarmaq üçün oğurluq edib. İndi onun günahı nədir: o, 50 sentlik çörək oğurluğu etməklə bir insanı ölümdən qurtarıb! Biz onu mühakimə etsək, belə çıxır ki, o, bir insanı ölümdən xilas etməkdə səhv addım atıb... Yox, biz onu mühakimə etməsək, belə çıxır ki, oğurluğa bəraət qazandırırıq... Bəs onda bu hadisədə kimdir günahkardır??? Cəmiyyət olaraq hamımız bu əməldə  təqsirkarıq.  Bu zalda olan hər kəs və mən bu əmələ görə günahkaram. O zaman məhkəmə zalında əyləşən bələdiyyə sədri, şəhərin meri, polis rəisi, məşğulluq idarəsinin rəisi, pensiya fondunun direktoru... 10 $ cəzalandırılır. Vəsait elə zaldaca toplanır. Və hakim son qərarını elan edir:

-Qoca azad edilsin, onun oğurluq etməsinə bais olan və bu zalda əyləşən hər bir vəzifə sahibi 10 $ cəzalandırılsın, toplanan vəsait  qoca pensiyasını alanadək onun gündəlik dolanışığının təmin edilməsinə xərclənsin... Əgər mənim ədalət mühakiməsinin başında duran hakim kimi yaşadığım şəhərdə bir nəfər ölməmək üçün çörək oğurlayırsa, bunda həm də mən günahkaram və mənim bir aylıq məvacibim qocaya ödənilsin!

***

Azərbaycanın Məhkəmələrində isə fizika-riyaziyyat elmləri doktoru olan yaşlı-qoca alim 3 ildir süründülür, bank məmurları ilə hakimlər arasında “al-ver” yarışı gedir. Bu yarışda isə Azərbaycan vətəndaşlarının məhkəmə sistemimizə olan-qalan inam və etibarı itib gedir, yox olur...

Hakim İlham Kərimlinin bu vəzifələrindən xəbəri varmı???

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanunun “Hakimlərin andı” 95-ci maddəsində yazılır: “Təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içirlər:

«Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm».

Qanunda yazılır ki, “Andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür”.

 İndi soruşmaq yerinə düşər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimli bu andı içibmi? Sualın səbəbi az sonra aydınlaşdırılacaq.

***

 Bu isə qanunun “Hakimlərin vəzifələri” haqqında 99-cu maddəsidir: “Hakimlər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

-ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq;

-müşavirə otağının sirrini qorumaq, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamaq;

-ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək.

-hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir”.

 ***

Yəqinki qanunun 99-1-ci maddəsi hakim İlham Kərimli üçün xüsusilə önəmlidir. Oxusa yaxşıdır: “Hakimlərin Etik Davranış Kodeksi 

-Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etika prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilir”.

***

Nəhayət, qanunun 100-cü maddəsi: “Hakimlərin müstəqilliyi

 -Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

-Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

-Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir”.

Maddə 111. Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər

-Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir:

-fiziki və hüquqi şəxslərin şikayətləri;

-kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;

-işlərə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar;

-İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları;

-hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları; 

-intizam icraatının başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar”.

*** 

...Qanunun yuxarıda göstərilən tələblərini təqdim etməyimizin səbəbləri isə olduqca əsaslıdır. Qısa olaraq diqqətə çatdıraq ki, bu gün fizika-riyaziyyat elmləri doktoru, professor İsrafil Cabbarovun apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası olmalı idi. “İdi”, deyirik, çünki proses hakimin əsassız hərəkətləri və xüsusən də onun Azərbaycan Respublikasının “Media haqqında” Qanununa sayğısızlığı sayəsində baş tutmadı. Belə ki, şikayətçi İ.Cabbarov əvvəldən hakim İlham Kərimlinin  “Hakimlərin Peşə Kodeksinə”, eləcə də “Hakimlərin vəzifələri”nə dair qanunvericiliyin tələblərinə zidd hərəkətləri barədə yetərincə məlumata malik olduğundan, o, “Təzadlar” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək prosesi izləmək üçün jurnalist təhkim olunmasını xahiş etmişdi...

 Hakim məhkəmə sirrini niyə yayıb???

 Beləliklə, obyektivlik olsun deyə, biz redaksiyanın üç əməkdaşını və etibar etdiyimiz, peşəkarlığına inandığımız jurnalist Məhəmmədəli Qəriblini də dəvət etdik.

Şikayətçi İ.Cabbarov isə bizə atıq bildirmişdi ki, iki gün əvvəl iclasın vaxtını dəqiqləşdirmək üçün hakim İlham Kərimlinin katibinin qəbulunda olub. Hakim görün nə deyib: “...Sizin işi sədrimiz Mübariz Əkbərova məruzə edilib, sədr onun haqqında pis fikirdədir...”.

Hörmətli Mübariz müəllimə sual verməyə məcburuq: hakim baxacağı iş haqqında ola bilsin sədrə məruzə etsin, amma işin mahiyyəti barədə məlumat verməsi qanunla qadağandır.

İkincisi, doğrudanmı sədr Mübariz Əkbərov üçün şikayətçinin xasiyyəti, dərisinin rəngi, sosial mənşəyi, barəsində hansısa idarə və ya müəssisələrdə dolaşan şikayət, yaxud yaşadığı ərazidə-məhəllədə qonşuların onun haqqında söylədiyi giley-güzar işə baxılarkən rəy yaradan şərtlərdir?! Və doğrudanmı Bakı Apellyasiya Məhkəməsində hakim işə baxarkən bunları hökmən nəzərə almalı, sədrin dediklərini icra edib çıxaracağı qərarda mütləq nəzərə almalıdır?!

 Bilmirik, deyə də bilmərik. Amma bu gün şahidi olduq ki, hakim İlham Kərimlinin sədrin adından (???) şikayətçi İsrafil Cabbarova dedikləri tətbiqini tapdı. Belə ki, şikayətçinin vəkili hakimə nə sızdırmışdısa, polislər-mühafizəçilər biz jurnalistləri təpədən-dırnağadək yoxladılar, pandemiya şərtlərinə necə əməl etdiyimizi araşdırdılar. Sonra hakimə məruzə etdilər. Təxminən iki saat gözləsək də, hakim bizi açıq məhkəmə iclasına buraxmadı. Hakimin bəhanəsi bu oldu ki, guya Nazirlər Kabinetinin pandemiya ilə bağlı qərarına görə, məhkəmə zalına hamını buraxmaq olar, jurnalistlərdən başqa. Niyə??? Bu hərəkət hakim İlham Kərimlinin cənab Prezident İlham Əliyevin jurnalist müstəqilliyi və informasiya azadlığı barədə qəti tövsiyyə və qərarlarına qarşı sabotaj idi!

 Bakı Apellyasiya Məhkəməsinin hörmətli sədri Mübariz Əkbərova sual etməliyik: necə olur ki, günü bu gün restoranlarda adam əlindən tərpənmək olmur, avtobus və metrolarda insanların ara məsafəsi yarım metrdən də azdır, yaxud şadlıq evlərində 150-200 adam bir qapalı yerə doldurula bilər, amma Bakı Apellyasiya Məhkəməsində sahəsi 70 kvm-lik zalda 4 jurnalistin əyləşməsinə icazə vermək olmaz??? Halbuki şikayətçi İ.Cabbarov məhkəmə zalına baş vurub geri qayıdanda bildirdi ki, zalda xeyli adam oturmuşdu, ağız-ağıza idilər... Deməli, hakim İlham Kərimli iclasda edəcəyi qanunsuz əməllərin ictimailəşdirilməməsi və Prezident İlham Əliyev bu biabırçılıqlardan mətbuat vasitəsilə xəbər tutmaması üçün bu qanunsuz yola əl atmışdı...

 Açıq məhkəmə prosesinə jurnalistlər niyə buraxılmamalıdır???-Prezidentə şikayət ediləcək...

 Onu da deyək ki, şikayətçi İ.Cabbarov bir gün əvvəldən hakimə məhz Bakı Apellyasiya Məhkəməsinin həyətindəki poçtdan teleqram vuraraq jurnalistlərin açıq məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş etmişdi. Və o, hakimin bu qanunsuz hərəkətinə və peşəkar jurnalistlərə qarşı hörmətsizliyini nəzərə alaraq hazırlıq iclası başlayan kimi hakimə etiraz verərək və hakimə itaət edən vəkilindən imtina etməsi barədə qərarını elan etmiş, zalı tərk etmişdir... Bir saat sonra isə hakim qərarını elan etmişdir: “Məhkəmə hazırlıq iclasını fevralın 15-nə təyin etmişdir!”

Jurnalistlər isə elə Bakı Apellyasiya Məhkəməsinin qarşısından Prezident İlham Əliyevə video-müraciət qəbul etmişlər. Həmin müraciət sosial şəbəkə platformalarında yayımlanmışdır, Prezidentin tvitter hesabına göndərilmişdir. Həmçinin bu barədə Məhkəmə-Hüquq Şurasına şikayət göndərilmişdir...

 Bəs professor İsrafil Cabbarovun apellyasiya şikayətinə səbəb nədir?

 Aşağıda həmin şikayəti kiçik ixtisarla təqdim edirik:

-Bakı Apellyasiya Məhkəməsinin Sədri cənab Mübariz Əkbərova

Cabbarov İsrafil Məmməd oğlu tərəfindən (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr., ev 3-də yaşayan)

ƏRİZƏ

Hörmətli cənab sədr Mübariz Əkbərov!

Mənim, yəni iddiaçı Cabbarov İsrafil Məmməd oğlunun cavabdehlər -Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər “PARA” BOKT ASC və Soltanov Vüqar Nüsrət oğlu) ekspert rəyinin və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəm üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il il tarixli 2(005)-4876/2018 saylı qətnaməsi ilə iddiam təmin edilmişdir. Yəni, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv. m yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 saylı mənzil barəsində tərtib edilmiş 17 marı 2011-ci il tarixli ekspert rəyi və buna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmışdır.

Əslində mənim tanışım İradə adlı qadının xahişi ilə onun yaxın rəfiqəsi Yusifova Gülizar Şahvələd qızı adlı qadın dövriyyə vəsaitinin artırılması məqsədi ilə «Parabank» ASC ilə 12.09.2008-ci il tarixli kredit müqaviləsi bağlamış və Bankdan 49.000 ABŞ dolları kredit götürmüş, mən isə borcalana zamin dayanmısam, həmçinin mübahisəli əmlak ipoteka ilə yüklü edilmiş, bu zaman həyat yoldaşım Cabbarova Tamilla Sadıq qızının razılığı da alınmamışdır.

 Məhkəmə qətnaməsində iddia tələbinin əsas borcludan, yəni kredit götürəndən deyil, yalnız  zamin duran Cabbarovdan tutulması qeyd edilmişdir.

 «Parabank» ASC tərəfindən ayrılmış və verilmiş kredit vəsaitinin ödəniş qəbzi əgər Abdullayeva Gülizanın adma rəsmiləşdirilmişdirsə, bu günə qədər həmin qəbz məhkəməyə təqdim edilməmiş və iş materiallarına əlavə edilməmişdir. “Parabank” ASC ilə bağlanmış kredit müqaviləsi və sair sənədlərdə Cabbarov İsrafil Məmməd oğlunun imzası olmamışdır. «Parabank» ASC mənə qarşı 1 saylı Bakı yerli İqtisad Məhkəməsinə iddia ilə müraciət etsə də, məhkəmə tərəfindən mənə heç bir rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir.  1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 03 sentyabr 2010-cu il tarixli 2(81)-1940/ 2010 saylı qətnaməsi ilə Cabbarov İsrafil Məmməd oğlundan 34.376,73 ABŞ dolları əsas, 20.567,00 gecikdirilmiş faiz, 27.856,50 ABŞ dolları dəbbə pulu, ümumilikdə 82.800.23 ABŞ dollarının milli manat ekvivalentinə borc tələbini hüquqi yardıma görə 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun alınması qət edilmişdir. Məhkəmə qətnaməsində iddia tələbinin əsas borcludan, yəni kredit götürəndən deyil, yalnız  zamin olan I.Cabbarovdan tutulması qeyd edilmişdir.

«Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti” MMC-nin eksperti tərəfindən, əslində, 180.000 manat dəyərində olan, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv. m yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 saylı mənzil cəmi 64.000 manat dəyərində qiymətləndirilmiş, cavabdeh tərəfindən açıq hərracın nəticələri haqqında protokol tərtib edilərək mənzil Bankın adına rəsmiləşdirilmişdir. 180.000 manat dəyəri olan adı çəkilən mənzil dəyərindən qat-qat aşağı qiymətlə, yəni 64.000 manat dəyərində qiymətləndirilmiş və Bank tərəfindən öz tanışlarına dəyərindən də ucuz qiymətə satılmışdır.

Cabbarov İsrafil Məmməd oğluna məxsus Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsindəki 96 saylı evin 38-ci mənzilinin hərraca çıxarılması barədə İ.Cabbarova heç bir bildiriş göndrilmədən, xəbərdarlıq edilmədən adı çəkilən mənzil Qanun pozuntusuna yol verilərək hərraca çıxarılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiıə olunur.

Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə“nin 17-ci maddəsinə əsasən, hər bir in­san təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

 Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “PARA” BOKT” ASC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il il tarixli 2(005)-4876/2018 sayh qətnaməsindən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və  qətnamənin ləğv edilməsini, iddanın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2183/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “PARA BOKT” ASC- nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il il tarixli 2(005)-4876/2018 saylı qətnaməsi ləğv edilmişdir.  Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il il tarixli 2(005)- 4876/2018 saylı qətnaməsi qəbul edildikdən 1 il yarım sonra “PARA BOKT” ASC-nin məhkəməyə müraciət edərək, itirilmiş müddəti bərpa etdirməklə, məhkəmələri udması  məhkəmələrin qərəzsizliyinə məndə böyük şübhə yaratmışdır.

 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2183/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versəm də, kassasiya şikayətim təmin edilməmişdir.

 Ən əsası da odur ki, «Parabank» ASC tərəfindən bankdan pulu şəxsən götürən Yusifova Gülizar Şahvələd qızı haqqında heç bir tədbir görülmədən, zamin durana, yəni mənə Cabbarov İsrafil Məmməd oğluna qarşı iddialı təsirlər göstərərək, 240.000 (iki yüz qırx min) manatlıq 5-otaqlı mənzilim hərraca çıxarılaraq mənim iştirakım olmadan Bank tərəfindən mənimsənilmiş, dəyər-dəyməzə öz işçilərinə satmaqla - Yusifova Gülizar Şahvələd qızının Banka borclu olduğu 25.000 ABŞ dolları civarında kredit borcu ilə əvəzləmişlər.  Bakı şəhər, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 96, mənzil 38 ünvanında yerləşən 5 otaqlı mənzilimin qapısı məhkəmə icraçıları tərəfindən sındırılaraq, evin daxilində olan 18.050 (on səkkiz min əlli) manat dəyərində olan əşyalarım çölə atılmışdır.

 Mən, yəni iddiaçı Cabbarov İsrafil Məmməd oğlu cavabdeh “PARA BOKT” ASC-yə qarşı “Maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2021-ci ilin iyul ayında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi, ev 96, mənzil 38 ünvanında yerləşən 5 otaqlı mənzilimin «PARA BOKT» ASC tərəfindən ələ keçrilməsi zamanı mənzildə olan mənə məxsus dəyərli əşyalarımın ələ keçirilməsi nəticəsində mənə dəymiş külli miqdarda ziyanın (Rumıniyanın istehsalı olan “D-10” mebel dəstini - 15.000 (on beş min) manata, 2 ədəd 3x4 metr ölçüdə İran xalçalarını - 600 manata, hərəsi 1000 manat dəyərində olan Tosiba və LG firmalarının istehsalı olan soyuducuları - cəmi 2.000 (iki min) manata, 2 dəst yemək servisini - 700 manata, 1 dəst çay servisini - 200 manata, 1 dəst qəhvə servisini - 150 manata, mətbəx mebelini - 400 manata almışdım), ümumilikdə 18.050 (on səkkiz min əlli) manatın mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişəm. Mülki işin icraatı hakim Cəmilə Musayevaya həvalə edilmişdir. Məlumat üçün bildirim ki, hakim Cəmilə Musayeva tərəfindən 16 yanvar 2020-ci il tarixdə 2(006)-256/ 2020 saylı qətnamə çıxarılmış, mənim və Cabbarova Tamilla Sadıq qızının cavabdehlər «PARA BOKT” ASC və Soltanov Vüqar Nüsrət oğluna qarşı «Kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» və s. tələbimə dair iddiam rədd edilmiş, qətnamə mənim mənafeyimin əleyhinə çıxarılmışdır.

 Hakim Cəmilə Musayevanın mənim iddia tələbimə dair mülki işimə qərəzli yanaşacağını düşünərək, tərəfimdən hakim Cəmilə Musayevaya etiraz verilmişdir, buna baxmayaraq etirazım təmin edilməmiş, mülki işə C.Musayeva baxmışdır.

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli 2(006)-3675/2021 saylı qətnaməsi ilə (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi ilə) iddia təmin edilməmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli 2(006)-3675/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişəm və həmin iş Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimlinin icraatındadır.

 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı mənə qarşı qərəzi olaraq, Bankla gizli danışıqlar apararaq, iddiama ədalətsiz baxaraq mənim iddiamı rədd etməsi barədə qətnamə qəbul etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinə, Məhkəmə Hüquq Şurasına və s. aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət etməli olmuşam. Bütün şikayətlərimə baxmayaraq, hakim barəsində heç bir tədbir görülməmiş və bu günə qədər də mənə cavab verilməmişdir. Mən özüm elmlər doktoru, professor olduğum halda, «PARA BOKT» ASC tərəfindən mənə vurulmuş maddi və mənəvi zərərə görə məhkəməyə üz tutub, mənim hüquqlarımın tapdalanmasına göz yummamağınızı xahiş edirəm.

Qeyd edilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm ki, mənim iddia tələbimlə əlaqədar məhkəmə iclaslarının ədalətli keçirilməsi və qanunamüvafiq qərar qəbul edilməsi üçün müvafiq tədbirlər görülməsi ilə yanaşı, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimlinin icraatında olan mülki işi nəzarətə götürəsiniz”.

-Bəs sədr qeyd olunan mülki işi necə nəzarətə götürüb?

-Hakim İlham Kərimli tərəfindən açıq məhkəmə iclasına süni və əsassız, qanunsuz bəhanə ilə buraxılmamasında “Para BOKT” ASC-nin rəhbərliyinin rolu hansı səviyyədə olmuşdur?

-Məhkəmələr niyə kredit götürəni “unudub” zamin duranın əmlakının satışa çıxarılmasında maraqlı olub?

-Hakim niyə prosesin jurnalistlər tərəfindən izlənilməsindən qəti surətfə imtina etmişdir?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN