Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

Tezadlar.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat paylaşılıb.

Belə ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya təxminən 24200 hərbçisini itirib. Həmçinin, 84 qanadlı raket, 2567 zirehli döyüş maşını, 1062 tank, 475 artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1843 avtomobil texnikası, 162 reaktiv yaylım atəş sistemləri, 80 hava hücumundan müdafiə sistemləri, 291 əməliyyat-taktiki pilotsuz uçan aparat, 10 kater və 38 xüsusi texnika məhv edilib.

“Ötən sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub”, - Baş Qərargah əlavə edib.

E.ŞİRİNOV