Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı Ali Radada çıxışında Ukraynanın Rusiya üzərində qələbəsinə inandığını bildirib və yeni hərbi dəstək paketini açıqlayıb.

Tezadlar.az qeyd edir ki, bu barədə “Avropa həqiqəti”nin müxbiri məlumat yayıb. “Yaxın həftələrdə zəbt olunmuş ərazilərdən və təhlükə altında olan ərazilərdən insanları evakuasiya etmək üçün sizə gəmi əleyhinə raket sistemləri olan Brimstones, eləcə də zirehli maşınlar göndərəcəyik... Söhbət 300 milyon funt sterlinqlik yeni dəstək paketindən gedir... Paketə həmçinin şəhərlərinizə yönəlmiş artilleriyanın yerini müəyyənləşdirmək üçün radarlar, piyada və hücum qüvvələrinizi gücləndirmək üçün pilotsuz təyyarələr olacaq".
Conson deyib ki, o, Ukraynanı o dərəcədə gücləndirmək istəyir ki, heç kim ona müdaxilə etməyə cəsarət etməsin. O, Ukraynanın müharibədə qalib gələcəyinə, onun qələbə hekayələrinin nəsildən-nəslə təkrarlanacağına əminliyini ifadə edib. “Onlar bu barədə öz nəvələrinə və nəticələrinə deyəcəklər ki, ukraynalılar bütün dünyaya öyrədiblər ki, işğalçının qəddar qüvvəsi azadlığı seçmiş xalqa heç nə edə bilməz. Qurbanlar sübut etdi ki, öz müstəqilliyi uğrunda mübarizə aparan xalqı silah və tanklar məğlub edə bilməz, ona görə də mən inanıram və bilirəm ki, Ukrayna qalib gələcək...".

Rusiya KİV-ləri Consonu bu sözlərinə görə sərt tənqid etməkdədir...

A.Məmmədli