Azərbaycanın Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Din və Cəza” kitabı Türkiyədə çap edilib.
Kitab “Beynəlxalq  Qaradəniz-Xəzər Ölkələri Hüquqşunasları Birliyinin” Türkiyə təmsilçiliyinin təşəbbüsü ilə professorun 70 illik yubileyi münasibətilə bu ölkədə nəşr olunub. "Təzadlar" xatırladır ki, “Din və Cəza” əsəri bu günə qədər Azərbaycanda, Rusiyada, Böyük Britaniyada və Almaniyada dərc edilib. Kitab böyük maraqla qarşılanıb. 
Bir daha Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru İlham Rəhimovun yubileyini ürəkdən təbrik edir, daha böyük elmi yaradıcılıq uğurları arzulayırıq.
A.Məmmədli