Bu gün günortadan sonra işğal olunmuş ərazilər istisna olmaqla, Ukraynanın demək olar ki, bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu gün saat 16:00-a olan məlumata görə, işğal altında olan Xerson vilayəti və Krım istisna olmaqla, bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib. Sitat: "Hava hücumu siqnalı raket zərbələri təhlükəsini göstərir, sakinlərə təcili sığınacaqlara köçmək tövsiyə olunub. İşğalçılar Odessa vilayətində - Şəhər Şurasında çimərlik tualetini dağıtmaq üçün də raketdən istifadə edib. Rusiya hərbçiləri Odessa vilayətinə raket atıb, çimərlik tualetini dağıdıb. Qeyd olunur ki, mayın 20-də Rusiya qoşunları aviasiyadan istifadə edərək Odessa vilayətinə raket hücumu həyata keçirib. Ölən və yaralananlar olmayıb.
“Kalibr” raketinin qiyməti 6,5 milyon dollardır. X-101 sinifli raketlər daha müasir və təkmildir və ekspertlərin fikrincə, dəfələrlə bahadır. Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi rusların Qara dənizdən 16 “Kalibr” qanadlı raketini atmağa hazırlaşdıqları barədə xəbərdarlıq edir.

A.Məmmədli