booked.netbooked.net booked.net  

Azov alayının komandiri Andrey Biletski Rusiya tərəfindən blokadaya alınmış Mariupolun müdafiəçiləri üçün lazım olan silahlar-sursatı, dərmanlar və digər əşyaları necə  çatdıran helikopter ekipajlarının müstəsna qəhrəmanlıqlarını açıqlayıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Biletski adı çəkilən sayta müsahibəsində bu barədə danışıb. Alay komandirinin dediyinə görə, Azovstalın müdafiəçilərinə yardım ötürmək üçün 5-dən çox cəhd olub və son ikisi istisna olmaqla, mütləq əksəriyyət uğur qazanıb. Biletski Rusiyanın Mariupol blokadasının qəhrəmancasına hava sıçrayışının bir neçə epizodunu danışıb və qeyd edib ki, bunu, hətta filmlərdə də görmək mümkün deyil.
Sitat: "Yəni əvvəlcə hər şey qaydasında idi. Amma sonda bəlli oldu ki, düşmən izləyir, anlayır ki, vertolyotlar Mariupola soxulur. Bu cəhdlərdə ilk növbədə qəhrəmanlıq və maksimum cəsarət lazım idi, ukraynalı pilotların peşəkarlığı buna nail olmağa imkan verdi. Heç bir "Black Hawk Down"da (Rejissor Ridli Skott olan Britaniya-Amerika tarixi hərbi dramı - red.) amerikalılar düşmən qırıcılarını havada patrul edərkən yüzlərlə kilometr dərinlikdə hava hücumundan müdafiə sisteminə daxil olmağa icazə verməyiblər. Bəşəriyyət tarixində belə əməliyyatlar olmayıb”.
Biletskinin sözlərinə görə, xüsusi əməliyyat Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin himayəsi altında planlaşdırılıb və həyata keçirilib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN