booked.netbooked.net booked.net  

Sara Menkerdən xəbərdarlıq...

Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyadakı anbarlarda cəmi 10 həftəlik buğda qalıb.

Bunu mayın 19-da BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert, kənd təsərrüfatı analitik şirkəti Gro Intelligence-nin baş direktoru Sara Menker bildirib.

Qnun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi  bu problemə yalnız “yanacaq” əlavə edib.

"Birbaşa bunu deməklə başlamaq istəyirəm ki, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmadı. Bu, sadəcə olaraq, uzun müddət tüstülənən alova yanacaq qatdı. Bizim COVID -19 pandemiyasından çox əvvəl kəşf etdiyimiz böhran, tədarük zəncirlərimizin kövrəkliyini ortaya qoydu" , - deyə Menker qeyd edib.

Xatırladaq ki, uzun zamandır bir çox tanınmış şəxslər, ekspertlər ərzaq qıtlığı ilə bağlı xəbərdarlıqlar edirlər.

Ərzaq qıtlığında və bahalaşmasında Rusiya-Ukrayna müharibəsinin əsas rol oynadığ bildirilirdi.

Qeyd edək ki, bir çox dövlətlər daxili ehtiyacı ödəmək məqsədilə bəzi ərzaq məhsullarının – taxılın, şəkərin, yağların və s. ixracını qadağan ediblər.

Bu günlərdə isə Hindistanın Ticarət və Sənaye Nazirliyi buğda ixracına qadağa qoyub. 

 Nazirlik qeyd edib ki, ixraca bu bildiriş tarixində və ya ondan əvvəl geri qaytarıla bilməyən akkreditivin verildiyi tədarüklər halında  və Hindistan hökumətinin digər ölkələrin ərzaq təhlükəsizliyi ehtiyaclarını ödəmək üçün onların hökumətlərinin xahişi əsasında  icazə veriləcək.

Bundan əvvəl Hindistanda 2021-2022-ci illərdə buğda istehsalı üzrə proqnoza yenidən baxaraq, məhsuldarlığa təsir göstərən yay ayının erkən başlaması səbəbindən onu 5,7% azaldaraq  105 milyon tona çatdırıb.

P.S. Çox təəssüf ki, uzun müddətdir bütün dünyada ərzaq qıtlığı yaşanacağı barədə xəbərdarlıqlara baxmayaraq, hələ də qida məhsullarını köhnəldib zibilxanaya gömən şirkətlər, mağazalar var. 

Zibil qutularının yanında torbalarda asılmış çörəklər isə, yenə də azalmır... 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN