Amerikalı hərbi analitiklər hesab edirlər ki, Ukrayna müdafiəçilərinin Xerson vilayətində əks-hücuma keçməsi Rusiyanın cənubda işğal olunmuş ərazilərə nəzarət etmək planlarını pozacaq...

Tezadlar.az bildirir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) rəyində qeyd edib. Belə ki, dünən  mayın 29-da ruslar Severodonetskə hücumu davam etdirdilər, lakin təsdiqlənmiş irəliləyiş əldə etmədilər. Ukrayna ordusu əks hücumla düşməni geri oturdub... Bütün Luqansk və Donetsk vilayətlərini ələ keçirməyi qarşısına məqsəd qoyan Ukraynanın şərqindəki Rusiya ordusu indi demək olar ki, tamamilə Severodonetskdə cəmləşib. Ekspertlər həmçinin deyirlər ki, rus qoşunlarının eyni vaxtda bir neçə əməliyyat keçirə bilməsi ehtimalı azdır və çox güman ki, Severodonetskdə mövcud qüvvələrin cəmləşdirilməsi lehinə İzyumun cənub-şərqində və Limanın qərbində irəliləyiş prioritetlərini daha da azaldacaq. Bu isə o deməkdir ki, Rusiya ordusunda plansızlıq və ruhdan düşmə artmaqdadır...

A.Məmmədli